Gəncə sakinindən silah-sursat və narkotik götürülüb - Polis əməliyyatı

img

04-02-2019 [14:17]


Gəncə şəhər sakinindən silah-sursat və narkotik götürülüb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Orxan Əliyev saxlanılıb:

"İdarədə onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan "Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram çəkidə narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülüb".

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR