Prezident İlham Əliyev "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1389-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə aşağıdakı qərar alınıb:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin üçüncü hissəsinin üçüncü abzasında, 15-1-ci maddəsinin dördüncü və altıncı hissələrində, 18-ci maddəsinin birinci və 19-2-ci maddəsinin ikinci hissələrinin birinci cümlələrində, 21-ci maddəsinin altıncı (hər iki halda), 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 21-ci maddəsinin altıncı hissəsində ikinci halda "orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
3.3. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin üçüncü abzasında və 15-1-ci maddəsinin altıncı hissəsində "orqan (qurum)” dedikdə yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi, sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri nəzərdə tutulur;
3.4. həmin Qanunun 15-1-ci maddəsinin dördüncü hissəsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 21-ci maddəsinin altıncı (birinci halda), 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində "qurum” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;
3.5. həmin Qanunun 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur”.
***
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1435-VQD nömrəli Qanununun tətbiqi və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1435-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr 169, 197, № 4, maddə 677, № 6, maddə 1241, № 7 (I kitab), maddələr 1466, 1493) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə "və 85-ci maddəsinin” sözləri ", 85-ci maddəsinin adında, birinci hissəsində və” sözləri ilə əvəz edilsin;
3.2. 2.6-cı bənddən ikinci halda "adında, birinci cümləsində,” sözləri çıxarılsın;
3.3. 2.36-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.37-ci bənd əlavə edilsin:
"2.37. həmin Qanunun 85-ci maddəsinin adında və birinci hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, 10-cu bəndinə münasibətdə isə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur”.