"Əsas odur ki, şərtlər və yanaşma eyni olsun" - Lukaşenko

img

18-01-2019 [18:15]


"Rusiya və Belarus ittifaq çərçivəsində hesablaşmalarda vahid valyutadan istifadə edə bilər, amma bu, rubl olmayacaq". 

"Report” Belorus mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.

"Vahid valyutaya qarşı deyilik, amma bu, Rusiya Bankının (Mərkəzi Bank) əskinasları yox, məhz müştərək, yəni eyni şərtlərlə yaradılan valyuta olmalıdır. Avropa İttifaqını (avro) deyirsinizsə, olsun, vahid valyuta bu prinsiplər əsasında yaradıla bilər. Əsas odur ki, şərtlər və yanaşma eyni olsun", - deyə dövlət başçısı qeyd edib. 

O, iki ölkə arasında qarşılıqlı surətdə vergi və gömrük siyasətini əlaqələndirməyə də hazır olduqlarını diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA