Bu qurumlarda yoxlama aparıldı, materiallar parlamentə göndərildi

img

18-01-2019 [17:32]


Bu gün Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. 

Mia.az Palataya istinadən xəbər verir ki, iclasda dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, eləcə də Şəmkir Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin icrasına dair nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarların icrasını təmin etmək aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA