OPEC+un Nazirlər Komitəsi Bakıda toplaşacaq - Tarix açıqlandı

img

18-01-2019 [14:43]


OPEC+ sazişinin icrasına dair Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası mart ayının 18-də Bakıda keçiriləcək.

"Report” OPEC-in məlumatına istinadən xəbər verir ki, OPEC və qeyri-OPEC ölkələrinin (OPEC+ formatı iştirakçıları) iştirak edəcəyi görüşdə həm də bu ay qüvvəyə minən yeni OPEC+ sazişinin icrası da monitorinq ediləcək.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC və qeyri-OPEC nazirlərinin V müşavirəsində 2018-ci il oktyabr ayı səviyyəsinə nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi. Yeni qərara əsasən, Azərbaycan 2019-cu ilin yanvar ayından gündəlik hasilatı təqribən 20 min barel azaltmaq öhdəliyi götürüb.

Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası isə martın 17-də baş tutacaq. "OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub",- məlumatda bildirilib.

Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA