Gömrükçülər "Qırmızı Körpü"də əməliyyat keçirdi

img

18-01-2019 [14:52]


 Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Mia.az DGK-nə istinadən bildirir ki, baxışdan əvvəl vətəndaş ona məxsus avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin yük yerində - ehtiyat təkər olan hissədə 20 ədəd 1 litrlik "Nemiroff Delicat" adlı spirtli içki, 5 200 ədəd "Gold Marlboro Edge" və 800 ədəd "Parliament Super Slims" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA