08-01-2019 [10:40]
Ötən ilin son günlərində məlum oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.
Mia.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov sabiq sədrlə bağlı musavat.com-a maraqlı məlumatlar verib.
O qeyd edib ki, ölkədən çıxışa qadağa qoyulması müxtəlif səbəblərdən mümkündür: "Burada banka, dövlətə borclu olmaqdan tutmuş, hansısa cinayət işində şahid, yaxud cəlb olunan kimi iştiraka qədər çoxsaylı səbəblər ola bilər. Amma indiki halda daha çox ehtimal budur ki, hansısa cinayət işi üzrə R.Aslanlının çıxışı qadağan olunub. Sadəcə, bu qadağa elə də uzun müddət əvvəl qoyulmayıb - heç özünü də məlumatlandırmayıblar. Çünki qanunla belə qadağalar barədə şəxsin özü məlumatlandırılmalıdır. Görünür, R.Aslanlının xəbəri olmayıb ki, təyyarə bileti alaraq ölkəni tərk etməyə çalışıb”.
Hüquqşünas bildirir ki, bu fakt əsasında R.Aslanlı barədə cinayət işinin qaldırıldığını söyləmək mümkün deyil: "Ola bilsin, hansısa araşdırmalar başlanıb. Bu araşdırma vacib deyil ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında işlədiyi dövrlə bağlı olsun. Ondan əvvəl R.Aslanlı on ilə yaxın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olub. Yəni ehtimallar çoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları məlumat verməlidir. Onlar da bəlkə istintaq sirri olduğu üçün hələlik açıqlama vermirlər. Düşünürəm ki, ən böyük ehtimal R.Aslanlının Palataya rəhbərlik etdiyi dövrlə bağlıdır. Mən özüm ”Bank Standard"ın Kreditorlar Komitəsinin sədri kimi dəfələrlə demişəm ki, ən azı həmin bankın müflisləşmədən əvvəlki altı aylıq fəaliyyətinə görə Palata məsuliyyət daşıyır. Həmin dövrdə banka irihəcmli vəsaitlər ayrılıb, onların taleyindən məlumat verən yoxdur. O dövrdə də Palataya Rüfət Aslanlı rəhbərlik edirdi. Yəni ən azı bir epizodu mən deyirəm. Rüfət Aslanlının rəhbərliyi ilə ondan çox bankın müflisləşməsi prosesi aparılıb, tam sağlam olan "ParaBank” bağlanıb. Bu, bankçılıq tarixində görünməmiş haldır ki, tam sağlam olan bankı müflis elan edəsən".
İsmail Kartal "Antalyaspor"un təklifini qəbul etməyib
AZƏRBAYCAN və RUSİYA PREZİDENTLƏRİ BİR ARAYA GƏLDİ: Əliyevdən həlledici həmlə və... - TƏHLİL
Ağdam RİH-in sirli tenderləri: 9 ayda 15 müqavilə və...
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib (YENİLƏNİB)
Türkiyə seçicilərinin Ərdoğana güvəni artıb - Sorğu
Prezident İlham Əliyevlə Putin təkbətək görüşüb - Düşənbədə çıxışlar (VİDEO, FOTOLAR) - Yenilənib
Ərdoğan Neçirvan Bərzanini qəbul edib
Hakan Fidan Bərzani ilə müzakirə aparıb
Astarada əməliyyat - 48 yaşlı şəxs 55 kq narkotiklə tutulub
Putin Əliyevlə görüşdə: "Biz bunu heç vaxt unutmuruq"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb
Güclü külək olacaq - Xəbərdarlıq
Kamran Əliyev 5 ölkədən olan hmkarları ilə görüşüb
Dünya Kuboku: bu gecə oyunlar başlayır - TƏQVİM
AFFA klub və futbolçuları cəzalandırıb
Bolqarıstan - Türkiyə matçının hakimi bəlli oldu
Xalq artisti Əminə Yusifqızı vəfat edib
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin işi üzə qərar verdi: "Bundan sonra ilk işim..."
Nazirlikdə qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir
Bərdənin təhsil sektoruna müdir təyinatı olub - FOTO
"Azərikart"ın lisenziyası məhdudlaşdırıldı - Mərkəzi Bankdan qərar
Əli Əsədov qərar imzalayıb
"Azəriqaz" 270 min vətəndaşa xidmət göstərib
"Xəbər məni hədsiz kədərləndirdi" - Zakir Həsənov
Sabah hava necə olacaq? - Proqnoz
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb
Partiya sədrindən icra başçısına mesaj: "Onsuz da topladıqların bir nəsil boyunca kifayət edəcək qədər çoxdur”
Ağdərənin Vəngli kəndinə daha 28 ailə köçürüldü
Prezident İlham Əliyev Tacikistanda - FOTOLAR
Emre Belözoğlu istefa verdi
"Xatirə dedi ki, hamı məni toya səninlə dəvət edir"
Aİ rəsmisi: "Bu, mühüm diplomatik uğur və..."
Kreml sözçüsü: "Bu gün Putin və Əliyev görüşəcək, inanırıq ki..."
Xocavənddə MON-50 tipli mina aşkar edilib - FOTOLAR