Dünya Bankının prezidenti istefaya gedir - Açıqlama

img

07-01-2019 [21:40]


Dünya Bankı (DB) qrupunun prezidenti Cim Yon Kim fevralın 1-dən istefaya gedəcək. Bankın rəhbəri vəzifələrini icraçı direktor Kristalina Georgiyeva icra edəcək.

Bu barədə bankın press-relizində deyilir.

Kim öz vəzifəsini səlahiyyətlərinin 2022-ci ildə bitməsinə xeyli qalmış tərk edir. O, 6 ildən artıqdır bankın rəhbəri vəzifəsində çalışır. İstefanın rəsmi səbəbi bankirin iqtisadiyyatın özəl sektoruna qayıtmaq istəyi ilə bağlıdır.

"Kim bildirib ki, istefadan dərhal sonra (özəl) firmaya qoşulacaq və inkişaf etməkdə olan ölkələrdə investisiya infrastrukturunun yüksəldilməsi üzərində işləyəcək", - deyə məlumatda bildirilir.

Kimin dəqiq harada işləyəcəyi açıqlanmır.

O, DB-nin rəhbəri vəzifəsinə 1 iyul 2012-ci il tarixində başlayıb. 2016-cı ildə səlahiyyət müddəti başa çatsa da, təşkilatın Direktorlar Şurası onu yenidən qrupun prezidenti seçib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA