07-01-2019 [21:01]
"ABŞ prezidenti Donald Trampın "Suriyadan çəkiləcəyik” mesajının ardınca baş verən hadisələr, prosesin heç də rəvan getməyəcəyini göstərir. Prezidentin komandasında baş verən istefaların ardınca, Ağ Evdən gələn təkzib bəyanatları da əvvəldən özünə yer tapmış şübhələrə geniş meydan verdi. Məlum oldu ki, Tramp bu qərarı Türkiyə prezidenti R.T.Ərdoğanla danışıqlardan dərhal sonra spontan şəkildə qəbul edib və sona qədər ölçülüb-biçilməyib".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin Milli təhlükəsizlik müşaviri Con Boltonun Ankaraya yola düşməzdən əvvəl verdiyi bəyanatlar da, Vaşinqtonun Suriya ilə bağlı mövqeyində ciddi dəyişikliklərin baş vermədiyini göstərir:
"Tramp qoşunların Suriyanı tərk edəcəyi ilə bağlı verdiyi məlum açıqlama ilə özünə qarşı müəyyən rəğbət oyatmışdı. Amma içi mən qarışıq müşahidəçilərdə belə şübhələr vardı ki, Tramp bu qərarı elan etməzdən əvvəl öz müşavirləri ilə, həmçinin Dövlət Departamenti, Pentaqonla məsləhətləşməyib.
Gözlənildiyi kimi, bu bəyanatdan az sonra ABŞ-ın müdafiə naziri Mettis, İŞİD üzrə koordinator vəziflərindən istefa verdiklərini bəyan etdilər. Bundan sonra Tramp geriyə addımlar atdı. Boltonun kürdlərə təminat almadan ABŞ qoşunlarının Suriyanı tərk etməyəcəyi barədə açıqlaması da, bundan xəbər verir”.
E.Şahinoğlu hesab edir ki, Boltonun belə bəyanatlarla çıxış etməsi Türkiyəyə bir xəbərdarlıqdır: "Amerika qoşunları Suriyanı tezliklə tərk etməyəcək. Əlbəttə, bu, Ankaranı narahat edir. Danışıqlarda ortaq nöqtələr tapmaq lazımdır. Türkiyə - ABŞ münasibətlərinin çox gərgin olması hər iki dövlətin maraqlarına uyğun deyil. Ona görə, danışıqlar aparılmalıdır. Bu günlərdə ABŞ-dan Ankaraya bir heyət gəlmişdi ki, Fəthullah Gülənin geri qaytarılması ilə bağlı müzakirələr aparılsın. Doğrdur, bu, o demək deyil ki, məsələ tezliklə həll olunacaq. Amma hər halda fikri mübadiləsi aparılır, gərginlik yumşaldılır. Türkiyənin mövqeyi bundan ibarətdir ki, PKK və onun uzantılarının regionda varlığına heç bir halda yol verilməyəcək. Gələcəkdə ABŞ da bu amili nəzərə almalıdır”.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər