04-01-2019 [11:27]
"Dolların məzənnəsi hazırda ölkə əhalisini narahat edən ən mühüm məsələlərdən biridir. Bu da təbiidir. Çünki bu münasibətlər onların həyatına, sosial durumuna, gəlirlərinə birbaşa təsir göstərir”.
Mia.az bildirir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev yeni ildə dollar-manat münasibətlərini "Yeni Müsavat”a şərh edərkən bildirib.
Onun sözlərinə görə, xüsusilə Azərbaycan kimi ölkələrdə dollardan asılılığın güclü olmasına görə bu valyutanın məzənnəsindəki dəyişikliklər əhalinin həyatına dərhal təsir edir: "Dollar bahalaşanda nəinki idxal malları, hətta yerli istehsal məhsulları da bahalaşır, biz Azərbaycanda bunun dəfələrlə şahidi olmuşuq. Bu baxımdan, dollar-manat münasibətlərində gözlənilən dəyişikliklərlə bağlı sualı cavablandırmaq çox çətindir”.
Ekspert deyib ki, Azərbaycanda dolların məzənnəsinə təsir edən əsas amil neftin qiymətidir: "Neftin qiyməti indiki səviyyədə və daha yüksək olacaqsa, o zaman biz dolların məzənnəsində ciddi bir dəyişiklik görməyəcəyik. Yox, əgər neftin qiyməti aşağı düşəcəksə, 50 dollar həddindən az olacaqsa, psixoloji gərginlik yaranacaq. Neftin qiyməti 40 dollara qədər düşəcəksə, dolların məzənnəsində ciddi artımlar qaçılmaz olacaq. Düşünürəm ki, hökumət bu dəfə Mərkəzi Bankın valyuta ehtiyatlarını manatın məzənnəsini saxlamaq üçün xərcləməyəcək. Aşağı neft qiymətləri uzunmüddətli olacaqsa, hökumət manatın məzənnəsinin düşməsinə gedəcək”.
S.Əliyevin fikrincə, bu prosesdə əsas məsələ Mərkəzi Bankın mövqeyi olacaq. Ekspertin sözlərinə görə, ölkədə inflyasiya səviyyəsi, manatın məzənnəsinin saxlanmasını həyata keçirən əsas qurum odur: "Bu baxımdan, Mərkəzi Bank məzənnənin dəyişməməsində maraqlıdır. Dolların bahalaşmasında daha çox maraqlı olan qurum isə Maliyyə Nazirliyidir. Nazirlik bu prosesə büdcə, fiskal kontekstdən yanaşır. Büdcə gəlirlərinin təmin olunmasında çətinlik yarandıqda, Maliyyə Nazirliyi üçün manatın məzənnəsinin ucuzlaşması əsas çıxış yollarından biridir”.
S.Əliyev qeyd edib ki, Azərbaycanda da bu iki qurum arasında manatın məzənnəsinə münasibətdə fərqli baxışlar yaranır: "Mərkəzi Bankın 2019-cu ildəki pul-kredit siyasətinə dair bəyanatından da görünür ki, məzənnəni dəyişmək niyyətində deyil. Bəyanatdan aydın olur ki, Mərkəzi Bank üzən məzənnə siyasətinə real keçidi yenidən ertələyəcək və manatın məzənnəsini ilboyu fors-major hadisəsi olmasa daşlaşmış bir səviyyədə (hazırda bu hədd 1.70-dir) saxlamağa çalışacaq. Bəyanatda ”manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir" fikri hökuməti devalvasiya niyyətindən çəkindirməyə yönəlik növbəti bir mesajdır".
S.Əliyevin sözlərinə görə, indiki halda Mərkəzi Bankın məzənnəni sabit saxlamaq istəyi daha məqsədəuyğundur: "Bu, çox düzgün qərardır. Çünki iqtisadiyyat, xüsusilə də bank sektoru ilk devalvasiyaların mənfi təsirindən hələ də çıxa bilməyib. Real sektorun problemlərini həll etmədən hər hansı ciddi dəyişikliklərin aparılması ciddi fəsadlar verə bilər. Bu gün bizim qeyri-neft ixracatımız çox zəifdirsə, idxaldan kəskin asılılığımız qalırsa, məzənnəni dəyişməyin heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan, məzənnənin ən azı ilin birinci yarısında sabit qalacağını gözləyirəm. Əgər əlbəttə, neftin qiymətində kəskin dəyişiklik olmasa”.
İsrailin saxladığı 3 türkiyəli deputat ölkələrinə yola salınıb
Əfqanıstanın paytaxtında partlayış olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Bakcell” süni intellekti ilk avtomobil qalibini seçdi
HƏMAS: "Bizə daimi atəşkəslə bağlı təmiinat verilib"
Narkotikə görə istintaqa ifadə verən Hadisə aylıq qazancını açıqlayıb: "700-800 min..."
İsrail Qəzzaya yardım aparan gəmidəki iki azərbaycanlını da saxlayıb - XİN açıqladı
"TÜRKİYƏNİ TƏHDİD EDƏCƏK GÜCDƏ DEYİLİK, ÇOX KİÇİK ÖLKƏYİK" - Serbiya lideri mətbuat konfransı keçirdi, Ankaraya ismarıc yolladı
İstanbulda zəlzələ olub - 3.6 bal gücündə
Tramp canlı yayımda Ərdoğanı yenə təriflədi: "İnanılmaz iş gördü"
UEFA türk hakimi bu oyunu həvalə edib
İndoneziya israilli idmançılara viza verməkdən imtina etdi
Prezident İlham Əliyev Düşənbədə dövlət başçılarının qeyri-rəsmi şam yeməyində - FOTOLAR
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Ankarada: yeni sənəd imzalandı, birgə mesajlar verildi (FOTOLAR)
İsmail Kartal "Antalyaspor"un təklifini qəbul etməyib
AZƏRBAYCAN və RUSİYA PREZİDENTLƏRİ BİR ARAYA GƏLDİ: Əliyevdən həlledici həmlə və... - TƏHLİL
Ağdam RİH-in sirli tenderləri: 9 ayda 15 müqavilə və...
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib (YENİLƏNİB)
Türkiyə seçicilərinin Ərdoğana güvəni artıb - Sorğu
Prezident İlham Əliyevlə Putin təkbətək görüşüb - Düşənbədə çıxışlar (VİDEO, FOTOLAR) - Yenilənib
Ərdoğan Neçirvan Bərzanini qəbul edib
Hakan Fidan Bərzani ilə müzakirə aparıb
Astarada əməliyyat - 48 yaşlı şəxs 55 kq narkotiklə tutulub
Putin Əliyevlə görüşdə: "Biz bunu heç vaxt unutmuruq"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb
Güclü külək olacaq - Xəbərdarlıq
Kamran Əliyev 5 ölkədən olan hmkarları ilə görüşüb
Dünya Kuboku: bu gecə oyunlar başlayır - TƏQVİM
AFFA klub və futbolçuları cəzalandırıb
Bolqarıstan - Türkiyə matçının hakimi bəlli oldu
Xalq artisti Əminə Yusifqızı vəfat edib
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin işi üzə qərar verdi: "Bundan sonra ilk işim..."
Nazirlikdə qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir
Bərdənin təhsil sektoruna müdir təyinatı olub - FOTO
"Azərikart"ın lisenziyası məhdudlaşdırıldı - Mərkəzi Bankdan qərar
Əli Əsədov qərar imzalayıb
"Azəriqaz" 270 min vətəndaşa xidmət göstərib