"İndiki qiymət Azərbaycan üçün sərfəli deyil" - İqtisadçıdan neftlə bağlı açıqlama

img

03-01-2019 [11:25]


"Təzəcə başlamış 2019-cu ildən gözləntilərdən danışarkən daha çox istinad olunan mənbə neftin dünya bazar qiymətindəki dəyişikliklərdir. Bu sahədə əvvəlki illərlə müqayisədə 2019-cu il üçün proqnoz vermək daha da çətinləşib. Çünki tələb və təklif arasında balansla bağlı xeyli qeyri-müəyyənliklər var”.

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçının sözlərinə görə, bu il Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tətbiqi nəzərdə tutulan dəniz yanacağının tənzimlənməsinə dair normativ tələblərə, OPEK və ora daxil olmayan 10 neft istehsalçısının ötən ayın əvvəlində hasilatın azalması ilə bağlı qərarına, ABŞ-ın İran neftinin istehlakçıları üçün sanksiyalarına necə əməl olunacağı yanaşı Venesuelada hasilatın enməsinin, eləcə də Liviyanı hasilat səviyyəsini saxlamaq qabliyyətininin davam etməsinə qədər çox saylı amillər neftin dünya bazar qiymətinin müəyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq:

"Əslində, hesablamalar göstərir ki, istehlakçılar üçün qiymətlərin 85 dollardan yuxarı, istehsalçılar üçün isə 55 dollardan aşağı olması məqbul deyil. Lakin hazırda dünya neft bazarında hər barrelin qiyməti 55 dollardan ucuzdur. Bu o deməkdir ki, indiki qiymət istehsalçılar, o cümlədən Azərbaycan üçün sərfəli deyil.

Əgər yuxarıda sadaladığımız səbəblərdən qiymət daha da ucuzlaşarsa onda 2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA