23 bankın 118 filial və şöbəsi gücləndirilmiş iş rejimində işləyəcək - Palatadan açıqlama

img

28-12-2018 [13:42]


Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 29 Dekabr – 02 Yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan Mia.az-a verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 23 bankın 118 filial və şöbəsi (9 bank üzrə 12 satış nöqtəsi 24 saat rejimində olmaqla) 29 Dekabr – 02 Yanvar tarixlərində müştərilərə xidmət göstərəcək: 

"Bayram günlərində Palata tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Palataya müraciət etmək mümkün olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA