"İrəli"də seçki - Mirhəsən Seyidov yenidən sədr seçildi

\"İrəli\"də seçki - Mirhəsən Seyidov yenidən sədr seçildi

SİYASƏT

25.12.2018, 21:24

Bu gün "İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib.
Mia.az xəbər verir ki, "İrəli”nin təşkilat kimi fəaliyyətinin 10, hərəkat kimi isə 15 illiyinə həsr edilən konfransa dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri qatılıblar.
Konfransda çıxışlardan sonra səsvermə olub və Mirhəsən Seyidov yenidən "İrəli” İctimai Birliyinin sədri seçilib. Səsvermə nəticəsində qurumun idarə heyətinin tərkibi də formalaşdırılıb.
Konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların təmsilçiləri təltif olunublar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR