Azərbaycan Beynəlxalq Bankına yeni sədr və müavin təyin edildi - ABB-də bir gündə iki toplantı

img

25-12-2018 [18:29]


Bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ( ABB) Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Mia.az banka istinadən xəbər verir ki, yığıncaqda Bankın İdarə Heyəti sədrinin təyinatı məsələsinə baxılıb.

 2018-ci ilin martından bu vəzifəni müvəqqəti icra edən Abbas İbrahimov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Səhmdarların Ümumi Yığıncağında bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Eyni zamanda "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyət göstəricilərinə, o cümlədən 2018-ci ilin 11 ayı üzrə maliyyə nəticələrinə dair hesabata münasibət bildirilib.

Mia.az xəbər verir ki, bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının iclası da olub. 

İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 

Müşahidə Şurası Bankın cari il üzrə maliyyə göstəricilərinə baxıb, 2019-cu il üzrə büdcə layihəsini müzakirə edib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA