Hansı rayonda daha çox pambıq yığılıb? - Statistika

img

25-12-2018 [15:36]


Dekabrın 25-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 229 min 144 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Mia.az-a verilən məlumata görə, bu il ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz çox pambıq tədarük olunub.

Hazırda ölkə üzrə ən çox pambıq tədarük edən rayonlar bunlardır: "Saatlıda 15 min 815 hektardan 30 min 119 ton, Bərdədə 9 min 630 hektardan 25 min 105 ton, Ağcabədidə 10 min hektardan 22 min 935 ton, Biləsuvarda 12 min hektardan 21 min 839 ton, Beyləqanda isə 9 min 560 hektardan 21 min 425 ton məhsul toplanıb".

Komitənin məlumatına görə, hazırda məhsul yığımı davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA