“Canlarını qurtara bilməyəcəklər” - Vergidən yayınanlara xəbərdarlıq

img

25-12-2018 [12:09]


"Bu gün vergi verməyən və ya vergidən yayınan sahibkar bundan sonra "vəziyyətim pisləşdi" deyib səs-küy sala bilər”. 

Bu sözləri Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. O bildirib ki, normal vergisini ödəyən şəxslər üçün heç bir mənfi hal baş verməyəcək. Bunları ayırmaq lazımdı:

"Daş karxanaları böyük məbləğlərdə pullar qazanır. Amma yaddan çıxartmayaq ki, onların çörəyi daşdan çıxır və sizin dediyiniz adamlar arxada duran, sadəcə karxanalara nəzarət edən şəxslərdir. Amma heç kim arxayınlaşmasın. Karxanaların yoluna daş töküb bağlamaqla canlarını qurtara bilməyəcəklər.

Biz indi "Azərkosmos"la müqavilə imzalamışıq, həmin karxanalara kosmosdan, peykdən nəzarət edirik. Müəyyən bir müddət karxanaların kosmosdan çəkilən görüntülərini alacağıq. Bir müddət sonra təkrar görüntü alıb müqayisə edəcəyik. Bununla da orada görülən işlər bəlli olacaq”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA