Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul keçirilib - 70 namizəd imtahan verib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul keçirilib - 70 namizəd imtahan verib

CƏMİYYƏT

21.12.2018, 16:49

Dövlət İmtahan Mərkəzi (DİM) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.
Mia.az DİM-ə istinadən xəbər verir ki, imtahan saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb. 
Bildirilib ki, proses təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahanda iştirak etmək üçün 71 namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfər imtahana gəlməyib.
İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR