Çin lideri İlham Əliyevə məktub göndərdi: "Sizinlə birgə səylərimi davam etdirməyə hazıram"

Çin lideri İlham Əliyevə məktub göndərdi:   \"Sizinlə birgə səylərimi davam etdirməyə hazıram\"

GÜNDƏM

20.12.2018, 17:04

 Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Son illər ərzində Çin-Azərbaycan münasibətləri dinamik inkişaf tendensiyasını qoruyub saxlayır. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir, "Bir kəmər – bir yol”un birgə inşası çərçivəsində əməkdaşlıq müvəffəqiyyətlə davam edir.
Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Ölkələrimiz və xalqlarımız naminə Çin-Azərbaycan dostluq, əməkdaşlıq münasibətlərində yeni-yeni uğurlar əldə edilməsi üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.
Sizə möhkəm cansağlığı arzulayıram”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR