19-12-2018 [09:18]
Həbsdə olan keçmiş MTN generallarına verilən ittihamlardan biri də Daşkəsən rayonu, Qabaqtəpə-Astav yolunda körpülərin tikintisi üçün dövlət büdcəsindən ayrılmış 2 milyonun 686 min manatının ələ keçirilməsilə bağlıdır. Daşkəsənin icra başçısı, keçmiş deputat Əhəd Abıyev də bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib, məhkəməyə çağrılıb.
Mia.az-ın məlumatına görə, "Yeni Müsavat” yazır ki, iddiaya görə büdcədən ayrılan vəsait tikintini həyata keçirəcək "Design Construction” şirkətinin hesabına köçürüləndən sonra şirkətin əməkdaşı Natiq Fətəliyev pulu bankdan götürüb, icra hakimiyyətilə onların arasında vasitəçilik edən Yeganə Abbasovaya verib. Vasitəçilik edib, bu işi düzüb-qoşduğuna görə onun özünə də əlavə 2 min manat verib. Y.Abbasova da bankdan götürülmüş pulu bağlamada gətirib Daşkəsən Rayon İcra Hakimiyyətinin memarı Elman Məmmədova verib. Onlar ayrılandan az sonra MTN əməkdaşları E.Məmmədovu tutub MTN-ə aparıblar. Məsələdən xəbər tutan icra başçısı Əhəd Abıyev gecə saatlarında MTN-ə gəlib, öz əlaqələrindən istifadə edərək, işçisini buraxdırıb.
Həbs olunan MTN vəzifəlilərindən polkovnik Füzuli Əliyev isə deyir ki, bu məsələ barədə ittihamda yazılanlar başdan-ayağa yalandır: "Bu ittiham epizodu saxtadır, yapışdırmadır. O məsələ açıq-aşkar "obnaliçka” idi. Guya, "Design Construction” körpü tikməliydi, ona görə büdcədən tikinti üçün ayrılmış vəsait onların hesabına köçürülmüşdü. Tamamilə yalandır. Şirkət guya Daşkəsən Rayon İcra Hakimiyyətilə müqavilə bağlayıb. Bizim işimizə Bakı Hərbi Məhkəməsində baxılanda, şirkətin rəsmi rəhbəri Mehman Quliyevi çağırıb dindirdilər. O, dedi ki, nə Daşkəsən, nə Yeganə, nə də Əhəd Abıyevi tanıyıram. Atakişi Məcidov da gəlib məhkəmədə dedi ki, Daşkəsənə sənəd aparmayıb, ömründə bu rayonda olmayıb. 686 min manat gəlib bunların əlinə haradan düşüb, bilinmir”.
F.Əliyev deyir ki, Əhəd Abıyevi dəfələrlə məhkəməyə çağırdılar, gəlmədi. Axırda da məhkəməyə teleqram göndərib, bildirdi ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur: "Yeganə Abbasova da gəlib dedi ki, heç nədən xəbəri yoxdur, onkoloji xəstədir. Müstəntiq çağırıb, özü yazıb-pozub, buna da qol çəkdirib. Orada nə yazıldığını da bilmir”.
"Dövlətin pulu narkotik istifadəçilərinə etibar olunurdu”
Təqsirləndirilən MTN polkovnikinin sözlərinə görə, "obnaliçka” əməliyyatında icra hakimiyyəti tərəfdən iştirak edən memar Elman Məmmədov əvvəllər bir neçə dəfə saxta sənəd hazırlama və istifadə etmə, vəzifə saxtakarlığı, səlahiyyətlərdən sui-istifadə və özgənin uşağını dəyişdirmə maddələri ilə məhkum olunub: "Təsəvvür edin, başqasının uşağını dəyişdirməyə görə məsuliyyətə cəlb olunmuş belə bir adam gəlib məhkəmədə bizim üzümüzə durur”.
F.Əliyev bildirib ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşıyla bağlı məsələ MTN-nin "obnaliçka” əməliyyatlarına qarşı mübarizəsi çərçivəsində həyata keçirilmişdi: "2014-cü ilin əvvəlində rəhbərliyin göstərişi əsasında biz bu istiqamətdə mübarizəyə başladıq. Büdcəni doldurmaq mümkün olmurdu. Hərə bir yandan dağıdırdı. Bu məsələdə valyutadəyişmə məntəqələrindən də geniş istifadə olunurdu. Zərərçəkmiş var, Kamal Seyfullayev. Guya iş adamı olub, biz də ondan 2 milyon tələb edib almışıq. Nə sahibkar, kirayə qalırdı, evi də yox idi. O, "obnaliçka” ilə məşğul olanların ağsaqqalı sayılırdı. Bunu müəyyənləşdirib tapdıq. Narkotik qəbul eləmişdi. Ona görə də, səhərə qədər danışdıra bilmədik. 90-cı illərdə narkotikə görə həbs olunmuşdu. Dövlətin pulu belə adamlara etibar olunurdu, biz də bunun qarşısını almağa çalışırdıq”.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyevə 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər, Əməliyyat-texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov isə, 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Sabiq MTN generallarının apellyasiya şikayəti üzrə məhkəmə dekabrın 20-də davam edəcək.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər