18-12-2018 [14:56]
Bu gün Energetika Nazirliyi ilə "BP-Azerbaijan” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Energetika Nazirliyi ilə şirkətin şirkətin Mia.az-a verdiyi birgə məlumata görə, memorandum Azərbaycan Hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.
İmzalanma mərasimində energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycanda alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir.
Onun sözlərinə görə, bərpa olunan enerji sahəsinin inkişafı üçün hazırda beynəlxalq təcrübə öyrənlir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır: "Bu gün imzalanmış bu sənədlə Azərbaycanın indiyə qədər bərpa olunan enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. İnanıram ki, BP ilə neft-qaz sahəsində möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz bərpa olunan enerji sahəsində də faydalı olacaq və biz birlikdə təmiz enerjinin inkişafına töhfə verəcəyik”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, şirkət ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırdır və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyir: "Biz 20 ildən artıqdır dünya miqyasında bərpa olunan enerji mənbələri sektorunda fəaliyyət göstəririk və Azərbaycanla bölüşə biləcəyimiz böyük təcrübəmiz var. Bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin dünyada ən sürətlə artan enerji forması olaraq qalacağı gözlənilir, çünki istifadə olunan enerji resursları tərkibcə az karbonlu mənbələrə doğru dəyişir. Bu yaxınlarda Hökumətin bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın yaradılması barədə verdiyi bəyanatı alqışlayırıq və bu sahədə ölkənin səylərinə dəstək olmaq üçün bugünkü Anlaşma Memorandumunu imzalamaqdan məmnunuq”.
Nobeli arzulayan Tramp İsrailə gedir: "Qəzzadan heç kəs zorla köçürülməyəcək" - "Əvvəlcə o mərhələyə çatmalıyıq, sonra baxarıq"
Filippində 7.2 bal gücündəki zəlzələdən sonra xəbərdarlıq: "Dərhal yüksək ərazilərə gedin"
NETANYAHU DA ANLAŞMANI TƏSDİQLƏDİ: İsrail ordusu bu gündən geri çəkiləcək və... - SƏNƏD
DÇ-2026: Avstriya yığması San Marinoya tarixi dərs verdi - Nəticələr
İsrailin saxladığı 3 türkiyəli deputat ölkələrinə yola salınıb
Əfqanıstanın paytaxtında partlayış olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Bakcell” süni intellekti ilk avtomobil qalibini seçdi
HƏMAS: "Bizə daimi atəşkəslə bağlı təmiinat verilib"
Narkotikə görə istintaqa ifadə verən Hadisə aylıq qazancını açıqlayıb: "700-800 min..."
İsrail Qəzzaya yardım aparan gəmidəki iki azərbaycanlını da saxlayıb - XİN açıqladı
"TÜRKİYƏNİ TƏHDİD EDƏCƏK GÜCDƏ DEYİLİK, ÇOX KİÇİK ÖLKƏYİK" - Serbiya lideri mətbuat konfransı keçirdi, Ankaraya ismarıc yolladı
İstanbulda zəlzələ olub - 3.6 bal gücündə
Tramp canlı yayımda Ərdoğanı yenə təriflədi: "İnanılmaz iş gördü"
UEFA türk hakimi bu oyunu həvalə edib
İndoneziya israilli idmançılara viza verməkdən imtina etdi
Prezident İlham Əliyev Düşənbədə dövlət başçılarının qeyri-rəsmi şam yeməyində - FOTOLAR
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Ankarada: yeni sənəd imzalandı, birgə mesajlar verildi (FOTOLAR)
İsmail Kartal "Antalyaspor"un təklifini qəbul etməyib
AZƏRBAYCAN və RUSİYA PREZİDENTLƏRİ BİR ARAYA GƏLDİ: Əliyevdən həlledici həmlə və... - TƏHLİL
Ağdam RİH-in sirli tenderləri: 9 ayda 15 müqavilə və...
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib (YENİLƏNİB)
Türkiyə seçicilərinin Ərdoğana güvəni artıb - Sorğu
Prezident İlham Əliyevlə Putin təkbətək görüşüb - Düşənbədə çıxışlar (VİDEO, FOTOLAR) - Yenilənib
Ərdoğan Neçirvan Bərzanini qəbul edib
Hakan Fidan Bərzani ilə müzakirə aparıb
Astarada əməliyyat - 48 yaşlı şəxs 55 kq narkotiklə tutulub
Putin Əliyevlə görüşdə: "Biz bunu heç vaxt unutmuruq"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb
Güclü külək olacaq - Xəbərdarlıq
Kamran Əliyev 5 ölkədən olan hmkarları ilə görüşüb
Dünya Kuboku: bu gecə oyunlar başlayır - TƏQVİM
AFFA klub və futbolçuları cəzalandırıb
Bolqarıstan - Türkiyə matçının hakimi bəlli oldu
Xalq artisti Əminə Yusifqızı vəfat edib
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin işi üzə qərar verdi: "Bundan sonra ilk işim..."