Rusiya və Türkiyə dollardan imtina ediblər - “S-400”lərin alğı-satqısında

img

28-11-2018 [17:50]


Rusiya və Türkiyə "S-400” raket sistemlərinin alğı-satqısında dollardan imtina ediblər.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda məlumat verib.

"Yarım saat əvvəl Türkiyə Prezidenti ilə söhbətimiz oldu. Bəzi aktual məsələləri müzakirə etdik, o cümlədən "S-400” sistemlərinin tədarükünə dair məsələ barədə danışdıq. Aydındır ki, hesablaşmaları dollarla aparsaq, bu, iş baş tutmayacaqdı. Odur ki, başqa bir variant tapdıq, məsələ həll olundu”, - V. Putin deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA