27-11-2018 [16:45]
Sabah Gürcüstanda prezident seçkilərinin II turu keçiriləcək. Seçkilərdə hakim Gürcü Arzusu Partiyası müstəqil namizəd Salome Zurabişvilini, ölkənin real müxalifət qüvvələri isə Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyir.
Gürcüstan seçkiləri həm Saakaşvili-İvanaşvili, həm də Rusiya-Qərb qarşıdurması kimi xarakterizə olunur.
Strateq.az xəbər verir ki, seçkiyə bir gün qalmış hakim Gürcü Arzusu və müxalif Milli Hərəkat Partiyasının funksionerləri gözləntilərini Teleqaraf.com-a açıqlayıb.
Müxalif Milli Hərəkat Partiyasından olan deputat Azər Süleymanov deyib ki, hakimiyyət partiyası seçkilərin II turu ilə əlaqədar bütün sərhədləri aşaraq insanlara qarşı basqı, təzyiqlər edir:
"Onların namizədinə səs verməyən insanlara, iş adamlarına təzyiq var. Hər kəsə deyirlər ki, seçkilərdə onların namizədi Salome Zurabişviliyə səs verin. Azərbaycanlıların yaşadığı regionlarda isə kartofla, soğanla, 10, 20 lariyə insanları ələ almağa çalışırlar. Təəssüflər olsun ki, bunu edənlər elə öz soydaşlarımızdır.
Yeri gəlmişkən, dünən Bakıdan Üzeyir adlı müğənnini Marneuliyə gətirərək hakimiyyətə dəstək xarakterli konsert veriblər. Ancaq etiraz olaraq insanlar konsertə getməyib. Fikrimcə, Gürcü Arzusu artıq bitib”.
Saakaşvilinin silahdaşı əlavə edib ki, artıq hakimiyyət partiyası seçkini uduzub və sabahdan onlar üçün keçmiş başlayacaq:
"Bu həqiqəti özləri də bilirlər. Onlar 6 ildə insanların zamanını əlindən aldılar, alçaldılar. Ona görə də, hamı qərara gəlib ki, hakimiyyətin müdafiə etdiyi namizədə səs verməsin. İki gün əvvəl rəy sorğusuna görə, bizim namizədimiz Müxalif Qriqol Vaşadze 52 faiz səslə birincidir. Hökumətin namizədi isə 48 faiz səs toplayıb. Sizi inandırıram ki, hakimiyyət namizədinin dəstəyi 20 faizdən azdır”.
A.Süleymanov əlavə edib ki, əgər hakimiyyət seçkini saxtalaşdırmağa çalışsa, müxalifət bunun qarşısını almaq üçün əlindən gələni edəcək:
"Yerlərdə fəallarımız çox güclüdür və seçkinin saxtalaşdırılmasına imkan verilməyəcək. Əgər seçki saxtalaşdırılsa, 100 minlərlə insan etiraz edəcək. Bunu hakimiyyət bildiyi üçün belə addıma getməz. Azad və demokratik seçkilərdə bizim namizədimiz böyük səs fərqi ilə udacaq. Biz qələbəyə köklənmişik. Müxalifət olaraq qarşıdurma və ikinci inqilab istəmirik, amma səsimizi qorumağa da hazırıq. Biz 2012-ci ildə seçkini uduzduq və qərara gəldik ki, inqilabı seçki məntəqələrində edək. Hakimiyyəti asan formada indiki iqtidara verdik”.
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının funksioneri, deputat Mahir Dərziyev bildirib ki, onların dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvilini inamlı qələbə əldə edəcək:
"Buna heç bir şübhə yoxdur. Nüfuzlu reytinq agentliyinin keçirdiyi sorğunun nəticələri dediyimi təsdiq edir. Bundan başqa, birinci turdan sonra keçən dövrdə partiyamız gücünü səfərbər etdi, buraxılan səhvlərin analizi aparıldı və nəticələr çıxarıldı. Birinci turda müəyyən taktiki səhvlər olmuşdu. Mən əminəm ki, sabah bizim partiyanın dəstəklədiyi namizəd qələbə əldə edəcək”.
M.Dərziyev əlavə edib ki, guya azərbaycanlıların yaşadığı ərazidə insanların qorxudulduğu haqda müxalifətin iddiaları əsassızdır.
Onun sözlərinə görə, belə faktlar ümumiyyətlə, qeydə alınmayıb:
"Bu iddialar həqiqət deyil. Müxalifət seçkilərin birinci turunda da guya kütləvi saxtakarlığın olması haqqında məlumat yaymışdı. Bizdə müxalifətin cığallığı hər kəsə bəllidir. Ancaq sonra aydın oldu ki, az sayda pozuntular qeydə alınıb və onlar da cinayət xarakterli olmayan pozuntulardır. Elə seçkinin II tura qalması Gürcüstanda demokratiyanın bərqərar olmasının təzahürüdür. Əgər müxalifətin iddia etdiyi kimi, seçki saxtakarlığı, insanları qorxutmaq kimi hallar olsaydı, onda seçkilər heç II tura qalmazdı. Bu mənada səsləndirilən iddialar yersizdir. Nəzərə almaq lazımdır ki, seçkiləri beynəlxalq müşahidəçilər izləyir. Onların təbrincə desək, Gürcüstanda demokratik, azad və beynəlxalq standartlara uyğun seçkilər keçirilir. Gürcü Arzusu 2012-ci ildən hakimiyyətə gəlib və bu müddətdə keçirilən seçkilər haqqında tanınmış beynəlxalq təşkilatlar istinadsız müsbət bəyanatlar səsləndirib”.
Azərbaycanlıların yaşadığı bölgələrdə insanların qorxudulması, pulla ələ alınması kimi faktların olmadığı, ümumən azərbaycanlıların seçkilərdə əlahiddə təcrid edilməsi hallarının olmadığını deyən M.Dərziyev əlavə edib ki, soydaşlarımızın kompakt yaşadığı bölgə ölkənin tərkib hissəsidir: "Azərbaycanlılar ölkədə inteqrasiya prosesində böyük uğurlar əldə ediblər. Həm də soydaşlarımızın yüksək fəallığı müşahidə olunur. Bir mənalı olaraq, nə azərbaycanlıya, nə gürcüyə, nə də başqa millətdən olan vətəndaşlara qarşı heç bir təhdiddən söhbət gedə bilməz”.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb