Bakıda xaricdə təhsil adı ilə 150 nəfər aldadılıb - Pasport və pulları yoxa çıxdı+Foto
CƏMİYYƏT
24.11.2018, 22:40
Xarici ölkələrdəki ali məktəblərə imtahansız qəbul, müxtəlif ixtisasartırma kursları vəd edən və vətəndaşları aldadan təhsil mərkəzlərinin birindən - "Levelend” xaricdə təhsil mərkəzindən çoxsaylı yeni şikayət daxil olub.
Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, təhsil mərkəzi ilə müqavilə bağlanıb, pul və sənədlər verilib, lakin mərkəz vədinə əməl etməyib.
Zərərçəkmiş Zaur Qurbanov bu ilin mayında paytaxtın Səbail rayonu, Nizami küçəsi, 48 ünvanda yerləşən "Levelend” xaricdə təhsil mərkəzinə müraciət edib. ABŞ-ın Nyu-York şəhərində bir aylıq ingilis dili kursu proqramı üçün rəsmi müqavilə əsasında kursun rəhbəri İsgəndər Ağayevə 1800 dollar ödəyib. Z.Qurbanova cəmi bir həftə sonra Amerikaya gedəcəyi deyilib. Bir həftə sonra Z.Qurbanov təhsil mərkəzinə müraciət etdikdə mərkəzin bağlı olduğunu görüb. Kursun rəhbərinə zəng vurub, telefonuna zəng çatmayıb. Bir qədər sonra İ.Ağayev ona mesaj yazaraq bildirib ki, müvəqqəti olaraq Amerikadadır, nigaranlığa heç bir əsas yoxdur, hər şey yaxşı olacaq.

Sonradan adıçəkilən təhsil mərkəzinin bağlandığını və onun yerində başqa şirkətin fəaliyyət göstərdiyini görən Z.Qurbanov çıxış yolunu polisə müraciət etməkdə görüb. O, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Az sonra məlum olub ki, adıçəkilən şirkət tərəfindən xaricdə təhsil adı ilə aldadılan təkcə Zaur Qurbanov olmayıb.
Dəfələrlə İ.Ağayevdən pulunu və pasportunu tələb etdikdə "səninlə əlaqə saxlayıb pulunu və pasportunu qaytaracaqlar” deyib: ”Hər dəfə bir bəhanə gətirir, xarici pasportum neçə aydır ki, ortada yoxdur. Konkret olaraq sənədin harada və kimdə olduğunu demir”.
İ.Ağayevlə bağlı sosial şəbəkələr üzərindən axtarış apardığını bildirən Z.Qurbanov son bir il ərzində onun müxtəlif adlarla xaricdə bakalavr-magistr və ya sadəcə bir neçə aylıq dil kursu adı ilə vətəndaşlardan 1000-2000-3000 dollar pul toplayaraq vacib sənədləri (xarici pasport, diplom, attestatlar) özü ilə götürərək guya imzaladığı müqavilələrdə qeyd etdiyi öhdəlikləri yerinə yetirmək üçün Amerikaya getdiyini öyrənə bilib: "İsgəndər Ağayevin ölkədən çıxışı iyulun 16-da olub. Bu günə kimi nə pullarımız qayıdıb, nə də sənədlərimiz. Aldadılan şəxslərin əksəriyyəti polisə şikayət edib. Şikayətçilərin sayı 150 nəfərdən çoxdur”.

Polşada ali təhsil almaq niyyətində olan Elxan Ağayev də eyni üsulla aldadılıb. O, rəsmi müqavilə ilə təhsil mərkəzinə 1900 manat ödəyib: "İsgəndərin dələduz olduğu anlaşılandan sonra onu ofisində tapa bilmədik. Məktublarımıza, zənglərimizə cavab vermədi. Polisə müraciət etdik”.
1997-c il təvəllüdlü Carullah Xəlilli də Polşada təhsil alacaq ümidi ilə təhsil mərkəzinə 2000 min manat pul ödəyib. Həmçinin, xarici pasportunu, attestatını və doğum haqqında şəhadətnaməsini də təqdim edib: "Sənədlərimin kimdə olduğunu təkidlə soruşduqda deyirdi ki, qardaşım Xaqanidədir, qaytarılacaq. Adları çəkilən hər iki şəxslə bağlı hüquqi tədbirlərin görülməsini xahiş edirəm”.
Finlandiyanın Helsinki şəhərində bir aylıq fin dili kursu proqramı üçün 3000 dollar ödəyən Alqış Eminliyə mart ayına təyin olunmuş kurs proqramının "təxirə” düşməsi bildirilib: "Bu bəhanə ilə iyul ayına kimi vaxtı uzatdılar. Sonradan isə suallarım cavabsız qaldı, İsgəndərin nömrəsinə zəng çatmadı. Sənədləri də özü ilə götürüb Amerikaya getdiyini dedilər”.
Xaricdə təhsli almaq istəyən və dələduzluğun qurbanı olduqlarını iddia edənlərin arasında Bakı şəhər sakini Fatimə Qurbanova, Sumqayıt şəhər sakini Güllər Qarayeva, Hüseyn Abdullayev, Zərnigar Əliyeva, Zərxanım Ağayeva da var.
Aldadıldıqlarını deyən gənclər aidiyyatı orqanlara müraciət edərək onlardan kömək istəyirlər: "Dələduzluq yolu ilə pullarımızı mənimsəyib xaricə qaçmış İsgəndər Ağayevin beynəlxalq axtarışa verilib tapılmasını və min bir əziyyətlə borc-xərc topladığımız pulların geri qaytarılmasına köməklik göstərməyinizi xahiş edirik”.
Qeyd edək ki, Təhsil Nazirliyi dəfələrlə belə mərkəzlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayaraq ehtiyatlı olmaqlarını tövsiyə edib. Nazirliyin xəbərdarlığında deyilir ki, xarici ölkələrdə ali təhsil almaq, eləcə də kurslarda iştirak etmək istəyənlər özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosesdurlarını sorğu edərək aidiyyatı üzrə müraciət etsinlər. Azərbaycan vətəndaşları xaricdəki bəzi təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İrandan bir ilk: döyüş təyyarələri havalandı, İraq ərazisi poliqona çevrilir - "Biz başqa "dillər"də də danışmağı bilirik"
Bugün, 00:14 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İran XİN: “MAQATE təzyiq vasitəsi kimi istifadə olunur”
09.06.2026, 21:01 DÜNYA
-
Tramp İranın hücumunu təsdiqlədi - Cavabımız ağır olacaq
09.06.2026, 20:47 GÜNDƏM
-
Naxçıvan Televiziyasının sabiq sədri vəzifəyə təyin olunub
09.06.2026, 20:38 PRESS
-
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
09.06.2026, 20:01 GÜNDƏM
-
Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verildi - Prezident fərman imzaladı
09.06.2026, 19:32 İQTİSADİYYAT
-
Əhliman Əmiraslanov Ağsaqqallar Şurası sədrinin birinci müavini, onlar isə... - SİYAHI
09.06.2026, 18:51 SİYASƏT
-
“BakıKart” kartlarının satış qiyməti qalxır
09.06.2026, 18:19 GÜNDƏM
-
Məşhur gecə klubunda dava - Mühafizəçilər həbs edildi
09.06.2026, 18:01 KRİMİNAL
-
"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiqlənib
09.06.2026, 17:59 GÜNDƏM
-
Polis əməliyyatı: bir qadın və kişi 72 kq narkotiklə saxlanıldı
09.06.2026, 17:32 KRİMİNAL
-
“BakuBus” dövriyyəsinin 40%-ə yaxınını büdcədən alır və bir avtobus aya 36 min manat yığırsa..." - Partiya sədri hesabat istəyir
09.06.2026, 17:18 İQTİSADİYYAT
-
Sabah Goranboy və Masallının bəzi kəndlərində qaz olmayacaq
09.06.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
09.06.2026, 17:00 İQTİSADİYYAT
-
İsrail Livanı yenə vurdu – Yaralılar var
09.06.2026, 16:49 DÜNYA
-
Baş nazir Əli Əsədov qərar imzalayıb
09.06.2026, 16:44 CƏMİYYƏT
-
Bu kollecə direktor təyin edilib
09.06.2026, 16:31 CƏMİYYƏT
-
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik olunub
09.06.2026, 16:30 CƏMİYYƏT
-
"Turan Tovuz" Şəhriyar Əliyevlə yollarını ayırb
09.06.2026, 16:16 İDMAN
-
Ərdoğan: “Türkiyə başqalarının ssenarilərində rol alan ölkə deyil”
09.06.2026, 16:07 GÜNDƏM
-
"Azercell" müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
09.06.2026, 16:00 İQTİSADİYYAT
-
DEPUTATLAR TOPLANIR: 10 məsələ müzakirə olunacaq - SİYAHI
09.06.2026, 15:45 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu Özgür və tərəfdarlarına "barmaq silkələyib": "Kirlənənlərin hamısını kəsib atacam" - VİDEO
09.06.2026, 15:34 SİYASƏT
-
Türkan Şorayın qızı “narkoman” olmadığını deyir: “Lazım gəlsə…” – FOTO
09.06.2026, 15:33 ŞOU-BİZNES
-
Hikmət Hacıyev bu məlumatı paylaşdı
09.06.2026, 15:24 SİYASƏT
-
AAYDA-da yoxlama genişlənib
09.06.2026, 15:14 GÜNDƏM
-
Dünya Millətlər Kuboku: 13 boksçumuz qatılacaq
09.06.2026, 15:06 İDMAN
-
“Qalatasaray” "Yuventus"un hücumçusunu istəyir - İllik 10 milyon maaş + 5 milyon avro bonus
09.06.2026, 15:01 İDMAN
-
Əli Kəriminin 3 mərtəbəli villası müsadirə olundu
09.06.2026, 14:58 İDMAN
-
Haqqın.az saytına yeni rəhbər təyin edilib - O, kimdir? (AÇIQLAMA)
09.06.2026, 14:25 PRESS
-
Baş nazirin sabiq müavini komendatla dalaşıb - O, xuliqanlıq maddəsiylə saxlanılıb və... (Yenilənib)
09.06.2026, 14:25 CƏMİYYƏT
-
Mansur Yavaş mövqeyni yenilədi - Özgür Özəllə Manisaya gedir
09.06.2026, 14:08 DÜNYA
-
İcra başçısına sui-qəsd işi üzrə məhkəmə... - Şikayət rədd olundu
09.06.2026, 13:49 KRİMİNAL