Ceyhun Bayramov müəllimləri qurultaya toplayır - Tarix açıqlandı

Ceyhun Bayramov müəllimləri qurultaya toplayır -  Tarix açıqlandı

CƏMİYYƏT

24.11.2018, 14:42

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.
Mia.az Təhsil Nazirliyinə istinadən bildirir ki, qurultayda təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.
Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin qurultayda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.
Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq beş ildən bir keçirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR