SOCAR Ukrayna Müdafiə Nazirliyinə təyyarə yanacağı tədarük edəcək - 1100 ton

img

22-11-2018 [15:25]


 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan "SOCAR Ukraine” Ticarət Evi bu ölkənin Müdafiə Nazirliyinin 4 min ton təyyarə yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.

"Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hərracda, ümumilikdə, 4 şirkət iştirak edib.

SOCAR Ukraynanın Müdafiə Nazirliyinə 1 100 ton təyyarə yanacağı tədarük edəcək. Tədarükün son tarixi bu ilin dekabrın 17-dir.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA