Türkiyə və Gürcüstan ordusunun Baş qərargah rəisləri Azərbaycana gələcək - Mühüm görüş

Türkiyə və Gürcüstan ordusunun Baş qərargah rəisləri Azərbaycana gələcək - Mühüm görüş

GÜNDƏM

20.11.2018, 10:25

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana gələcək.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, onlar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcəklər.

Üçtərəfli görüş noyabrın 21-də Bakıda keçiriləcək.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR