Putin İstanbulda: "Bəs Türkiyə ilə niyə bundan az olsun?"

img

19-11-2018 [17:55]


"Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib, dövlətlərin öz milli mənafeyini qorumaq bacarığını nümayiş etdirir".

Bunu "Türk axını” təbii qaz kəməri layihəsinin Türkiyəyə qaz verilməsini nəzərdə tutan ilk xəttinin dəniz hissəsinin tamamlanması ilə əlaqədar İstanbulda keçirilən mərasimdə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bu kimi layihələr, o cümlədən hazırkı layihə heç kimə qarşı yönəlməyib və sırf qurucu mahiyyət daşıyır”, - deyən Rusiya Prezidentinin sözlərinə görə, bu layihə dövlətlərarası münasibətlərin genişlənməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına və iki ölkə əhalisinin rifahının yüksəlməsinə yönəlib.

"Rusiya ilə Türkiyə 100 milyard dollarlıq əmtəə dövriyyəsinə nail olacaq", - deyən Putin bildirib ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi 100 milyard dollarlıq əmtəə dövriyyəsi bu il Rusiya ilə Çin arasında əldə ediləcək: "Bəs Türkiyə ilə niyə bundan az olsun? Bəli, Türkiyə ilə də bu nəticəyə nail olacağıq. Mənim bunda qəti şübhəm yoxdur”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA