Azərbaycanda spirtli içki və siqaret bahalaşdı

img

16-11-2018 [11:56]


Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 10 ay ərzində isə spirtli içkilərin qiymətində ötən ilin eyni dövrünə nisbətən 1,4% artım qeydə alınıb.

Hesabat dövründə tütün məmulatlarının qiyməti isə aylıq müqayisədə 10,5% artıb, illik müqayisədə isə 9,7% azalıb.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb. Ayrıca oktyabr ayında isə sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,2%, o cümlədən ərzaq məhsulları və qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA