13-11-2018 [17:38]
Şahin Cəfərli,
Politoloq
***
Konqresə seçkilər yenicə başa çatdı, amma 2020-ci il prezident seçkilərinin həyəcanı artıq Amerika cəmiyyəti və siyasi gündəmində hiss olunmağa başlayıb. Demokratların düşərgəsində qeyri-müəyyənlik hökm sürdüyü halda (namizədliyə çoxlu iddiaçı var), respublikaçıların namizədinin Tramp olacağı aydındır. (Başına bir iş gəlməsə.) Bu amil qısamüddətli perspektivdə neft bazarına təsir göstərəcək faktorlardan biri olacaq. Tramp çalışacaq ki, seçkilərə qədər neftin qiyməti yüksəlməsin, çünki bu, həm ABŞ daxilində yanacağın qiymətinin artmasına səbəb olur, həm də ümumilikdə ölkənin iqtisadi artım tempinə mənfi təsir göstərir.
Təsadüfi deyil ki, ötən həftənin son iş günü 70 dollardan aşağı düşən Brent neftinin qiyməti Səudiyyə Ərəbistanı energetika nazirinin verbal müdaxiləsi nəticəsində dünən yenidən bahalaşaraq 71 dolları ötdükdən sonra Tramp dərhal müdaxilə etdi. Səudiyyəli nazir bildirmişdi ki, ölkəsi dekabrda hasilatı 500 min barel azaldacaq və gələn il OPEC+ formatı üzrə hasilatın azaldılması ilə bağlı yeni qərar qəbul edilməsinə ehtiyac var. Tramp isə "tvit" ataraq hasilatı azaltmağa ehtiyac olmadığını və mövcud qiymətin hələ çox yüksək olduğunu söylədi. Bu açıqlamadan sonra neft yenidən ucuzlaşmağa başladı.
Təbii ki, ucuzlaşma təkcə Trampın mövqeyi ilə əlaqədar deyil, bunun fundamental səbəbləri var. Dünya iqtisadiyyatında inkişafın zəifləməsi, dollar indeksinin yüksəlməsi, eləcə də Rusiya və Səudiyyənin ötən at hasilatı artırması burada ciddi rol oynayır.
ABŞ neft sənayesindəki son gəlişmələrin üzərində isə xüsusi dayanmaq lazımdır. Ötən həftə ölkədə gündəlik hasilat 400 min barel yüksələrək 11,6 milyona çatdı. Bu, rekorddur. Bundan başqa, ABŞ-ın neft ehtiyatlarında (kommersiya) ardıcıl yeddinci həftə artım qeydə alındı. Eyni zamanda, son bir həftədə neft hasilatı üzrə aktiv qazma qurğularının sayı 12 ədəd artaraq 886-ya çatdı ki, bu da 2015-ci ilin martından bəri ən yüksək rəqəmdir.
Proqnozlara görə, ABŞ-da hasilat bu ilin sonuna qədər 11,8 milyona çatacaq. Gələn ilin ikinci yarısı - 2020-ci ilin əvvəllərində Texasın Permian hövzəsindən Meksika körfəzindəki neft emalı zavodlarına yeni boru kəmərlərinin çəkilməsi və yeni ixrac terminallarının istifadəyə verilməsi nəticəsində hasilatın 12,5 milyon bareli ötəcəyi proqnozlaşdırılır. Bu gəlişmələri şist inqilabının ikinci mərhələsi adlandıranlar var.
Tramp bir tərəfdən də NOPEC (No Oil Producing and Exporting Cartels Act) layihəsini zopa kimi əlinin altında saxlayır ki, OPEC və Rusiya qiyməti yüksəltməkdə israr etsələr, onların "başına endirsin." Konqresə təqdim olunan bu qanun layihəsi neft hasilatı və ixracatı sahəsində kartelləşməyə (inhisara) yol verən ölkələrin cəzalandırılmasını nəzərdə tutur. Üstəlik, Xaşuqci cinayəti ilə bağlı məsələ də Səudiyyə üçün təhdid olaraq qalır.
Uzun sözün qısası, Azərbaycan hökuməti neftin qalxmasından sonra unudulan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası barədə yol xəritələrini gərək yenidən masaya qoysun.
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib