Abşeronda yolun ortasında dönmə əməliyyatı edən sürücü qəzaya səbəb olub - Xəsarət alan var

Abşeronda yolun ortasında dönmə əməliyyatı edən sürücü qəzaya səbəb olub -   Xəsarət alan var

KRİMİNAL

11.11.2018, 14:36

Abşeron rayonun Saray qəsəbəsi ərazisində 3 avtonəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib.
"Report" xəbər verir ki, qəza baş verən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Şahidlərin məlumatına görə, "50-BL-314" dövlət qeydiyyat nişanlı "VAZ-2101" markalı avtomobil yolun ortasında geriyə dönmə əməliyyatı apararkən əks tərəfdən gələn "44-BR-917" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı atomobillə toqquşub. Toqquşmanın təsirindən "VAZ-2101" həmin yolla hərəkət edən "Honda" markalı avtomobilə çırpılıb.
"VAZ-2101"in salonunda olan sərnişinlərdən biri xəsarət alıb və təcili xəstəxanaya çatdırılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR