"Ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik” - İranın neft naziri

img

08-11-2018 [23:16]


"ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq".

"Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.

Nazir bahalaşmanın dünya bazarında neft təklifinin azalması nəticəsində labüd olacağını diqqətə çatdırıb: "Təbii olaraq, ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik”.

Onun sözlərinə görə, ABŞ hökuməti seçki ərəfəsində öz ehtiyatlarından bazara əlavə neft çıxararaq neft və benzin qiymətlərini süni olaraq azaldıb: "Əfsuslar olsun ki, yaxın aylar neft idxalatçıları üçün çətin dövr olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA