07-11-2018 [15:59]
Həmin müsahibəni təqdim edirik:
- Elmar müəllim, bu günlərdə Bakıda Fələstinin Asiya ölkələrindəki səfirlərinin konfransı keçirildi. Tədbirdə iştirak edən Fələstinin xarici işlər naziri Riad Maliki çıxışında Azərbaycanın Fələstin dövlətinə göstərdiyi davamlı dəstəyi xüsusilə vurğulayıb. Azərbaycanın Fələstin məsələsində mövqeyini sizdən eşitmək istərdik.
- Fələstin tərəfinin müraciətini müsbət dəyərləndirən Azərbaycan qeyd etdiyiniz konfransa ev sahibliyi etmək qərarını aldı və bu ilin 5 noyabr tarixində Bakıda Fələstinin 27 Asiya ölkəsindəki səfirlərini bir araya toplayan konfrans keçirildi. Onu da vurğulamaq istərdim ki, ölkəmizdə bu günədək BMT təsisatları, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların iştirakı və təşkilatçılığı ilə Fələstinlə bağlı bir çox beynəlxalq tədbirlər keçirilmişdir. Bu, ilk növbədə, Azərbaycanın Fələstin xalqının sülh, sabitlik və davamlı inkişaf uğrunda azadlıq mübarizəsinə verdiyi davamlı dəstəyidir. Azərbaycan hər zaman Fələstin xalqının yanında olmuşdur, çətin günlərdə dəstəyini əsirgəməmişdir. Bu il ölkəmiz tərəfindən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları yardımın ayrılması qərara alınmışdır. Fələstin məsələsi ilə bağlı dəfələrlə və ən yüksək səviyyədə qeyd olunduğu kimi, Azərbaycan Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
- İslam aləmində yüksək nüfuz qazanmış, eyni zamanda Qərb ölkələri ilə də səmərəli əməkdaşlıq münasibətləri quran Azərbaycanın çoxşaxəli xarici siyasətinin uğurlarının əsasını nə təşkil edir?
- Öncə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan xarici siyasətimizin əsasını dövlətimizin milli maraqları təşkil edir. Mürəkkəb geostrateji bölgədə yerləşən ölkəmizin müstəqil, praqmatik, tarazlı və çevik xarici siyasət kursu, qeyd etdiyiniz kimi, həm İslam dünyası, həm də Qərb ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına imkan yaradır. Bir azərbaycanlı kimi siz özünüz də yaxşı bilirsiniz ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir ölkə olub və bu gün qeyd etdiyim ənənələr dövlətimizin bu istiqamətdə siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycan öz milli və dini ənənələrinə sadiq bir ölkə olmaqla yanaşı, dünyaya və multikulturalizm ideyalarına açıqdır. Hətta multikulturalizm ölkəmizdə dövlət siyasətidir. Bütün dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərinin qurulması, beləliklə də beynəlxalq sülh və təhlükəsizliyə töhfə verilməsi Azərbaycanın xarici siyasət prioritetlərindəndir. Bu gün ölkəmizin ərazilərini işğal altında saxlayan Ermənistanı çıxmaq şərtilə Azərbaycanın bütün dövlətlərlə əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri mövcuddur.
- Cənab nazir, xarici siyasət prioritetləri demişkən, son müddət ərzində həyata keçirilən səfərlər, qəbul edilən bəyanatlar onu deməyə əsas verir ki, xarici siyasət fəaliyyətimizdə ənənəvi ikitərəfli əməkdaşlıq formatından daha irəli gedərək üçtərəfli əməkdaşlıq formatına yer ayrılır. Bunun üstün cəhətləri varmı və nədən ibarətdir?
- Artıq bir müddətdir ki, xarici əlaqələrimizdə üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarında görüşlər keçirilir və bu formatlar, qarşılıqlı maraq və məqsədləri bölüşən ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi ilə yanaşı, bölgənin təhlükəsizliyinə verilən töhfədir. Bu yaxınlarda İstanbulda iki üçtərəfli görüş baş tutdu və görüşlər nəticəsində qəbul olunmuş İstanbul bəyannamələrinə göz yetirmək kifayətdir ki, bu əməkdaşlıq formatının əhəmiyyəti və iştirakçı ölkələr, habelə bölgənin gələcək inkişafı üçün faydaları barədə fikirlər irəli sürülsün. Burada söhbət ikitərəfli formatın üçtərəfli və daha çox format ilə əvəzlənməsindən getmir, hər bir əməkdaşlıq çərçivəsinin öz yeri və öz müstəsna əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, hazırkı, olduqca mürəkkəb geosiyasi vəziyyətdə qarşılıqlı maraq, eləcə də narahatlıqları bölüşən dövlətlərin bir araya gələrək bölgədə sülh və təhlükəsizliyin təminatına yönəlik addımlar atması yalnız inkişaf və tərəqqiyə xidmət edir.
- Elmar müəllim, yeri gəlmişkən, son zamanlar sosial şəbəkələrdə sizin İstanbul şəhərində etdiyiniz çıxış ətrafında çox müzakirələr aparılır. Onu da deyim ki, sizi tənqid edən şəxslərlə yanaşı, sizi müdafiə edən çoxsaylı həmvətənlərimiz oldu. Məsələyə münasibətinizi öyrənə bilərikmi?
- Bilirsiniz, məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə, babalı onların boynuna.
- Cənab nazir, qayıdaq çoxtərəfli əməkdaşlıq formatlarına və xarici münasibətlərimizin inkişafına. Ümumiyyətlə, son zamanlar artmaqda olan xarici səfərlər, ölkəmizə edilən səfərlər, aparılan strateji əhəmiyyətli dialoqlar fonunda xarici diplomatiyamızın fəallığı göz qabağındadır. Bununla bağlı sizin dəyərləndirməniz bizim üçün çox maraqlıdır.
- Azərbaycan Respublikasının Prezidentinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin iclasında səsləndirdiyi nitqində qeyd etdiyi kimi, ölkəmizin 2018-ci ildə beynəlxalq mövqeləri daha da möhkəmlənib və bu gün Azərbaycana dünyada etibarlı tərəfdaş kimi baxırlar. Bu, əlbəttə ki, dövlət başçısının rəhbərliyi altında aparılan xarici siyasətimizin uğurudur. Bu xüsusda, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin ölkəmizdə toplantısının keçirilməsi - bilirsiniz ki, gələn ildən etibarən ölkəmiz bu təşkilata sədrlik edəcək və gələn il Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçiriləcək - Avropa İttifaqı ilə ölkəmiz arasında "Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması və tərəflər arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların davam etdirilməsi, ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində cari ilin dekabr ayında xarici işlər nazirlərinin toplantısının keçiriləcəyi və digər əlamətdar hadisələri qeyd etmək istərdim. Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə beynəlxalq ictimaiyyətin artmaqda olan birmənalı dəstəyini vurğulamaq istərdim. Qəbul edilmiş sənəd və bəyanatlarda Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək münaqişənin həlli ilə bağlı onsuz da mövcud olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edir. Əlbəttə ki, bu ölkəmizin regionda və qlobal səviyyədə artmaqda olan mövqelərindən xəbər verir. Diplomatiyamızın fəallığına gəldikdə isə, hər zaman məqsədimiz dövlət başçısının birbaşa rəhbərliyi altında və milli maraqlarımız əsasında həyata keçirilən xarici siyasətimizin effektivliyi olmuşdur və bu istiqamətdə əldə olunan hər bir uğurlu nəticə, əlbəttə, hamımızı sevindirir.
- Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə yer ayırmaq istərdim. Həmsədrlərin bölgəyə səfəri baş tutdu, səfərdən dərhal sonra onlar açıqlama ilə çıxış etdilər. Öz növbəsində, Ermənistanın fəaliyyətdə olan baş naziri həmsədrlərlə görüşdən dərhal sonra Qarabağa səfər etdi. Bütün bu sadalananlar fonunda münaqişənin həlli prosesində hər hansı yenilik gözləmək olarmı? Ümumiyyətlə, Ermənistanın yeni siyasi rəhbərliyindən danışıqlar prosesində real və konkret nəticələr gözləmək olarmı?
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri çərçivəsində Azərbaycan dövlət başçısı ilə keçirilən görüş zamanı münaqişənin həlli prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Münaqişənin həll olunmamasının bölgə üçün, xüsusilə də Ermənistanın özü üçün doğurduğu fəsadlar və əksinə, münaqişənin həllinin bu ölkəyə gətirəcəyi inkişaf barədə konkret ismarıclar son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən daha tez-tez səslənməkdədir. Fikrimcə, Ermənistanın hazırkı rəhbərliyinin məsələyə bu xüsusda yanaşması, konstruktiv və nəticəyə yönəlik danışıqlara geri dönməsi onların özlərinin bəyan etdikləri sülh şəraitinin yaradılması istiqamətində atılmış addım olardı. Anlayıram ki, Ermənistanın yeni rəhbərliyinə münaqişənin həlli prosesinin hərtərəfli öyrənilməsi üçün yəqin ki, zaman lazımdır. Lakin onilliklərdir ki, davam edən danışıqlar prosesinin növbəti illərdə əsassız şəkildə davam etdirilməməsi üçün Ermənistanın, nəhayət ki, qonşu Azərbaycanla beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək və hörmət əsasında münasibətlər qurmasının əhəmiyyətini dərk etməsi vacibdir.
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək