Azərbaycan büdcəsinin gəliri: adambaşına nə qədər düşür? - Qubad İbadoğlundan müqayisəli təhlil

img

07-11-2018 [13:48]


İqtisadçı ekspert Qubad İbadoğlu keçmiş SSRİ-nin neft və qazla zəngin olan 3 ölkəsində 2019-cu il üçün proqnozlaşdırılan büdcə gəlirləri və onun adambaşına bölgüsü ilə bağlı maraqlı statistik məlumat paylaşıb. 

Mia.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, hazırda gəlirlər və onun bölgüsü aşağıdakı kimidir:

Rusiya  - büdcə gəlirləri 296 mlrd dollar, hər adama - 2050 $

Qazaxıstan - büdcə gəlirləri 31,5 mlrd. dollar, hər adama -1711$

Azərbaycan büdcə gəlirləri 13,5 mlrd. dollar, hər adama - 1377$

Q.İbadoğlu daha sonra qeyd edir ki, Azərbaycanda növbəti il üçün proqnozlaşdırılan büdcə gəlirlərində neft sektorundan daxilolmalar 59,8 faiz təşkil edir: "Odur ki, gələn il üçün 5,4 milyard dollarlıq qeyri-neft büdcəsi gözlənilir. Müqayisə üçün onu da əlavə edim ki, 2019-cu ildə Gürcüstanın qeyri-neft büdcəsi hər adama - 1000 dollar, Azərbaycanın qeyri-neft büdcəsi hər adama - 551 dollar təşkil edəcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA