Azərbaycanda elmin maliyyələşdirilməsi... - Büdcə zərfində artım nəzərdə tutulur

img

04-11-2018 [10:58]


Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur.

Bu, 2019-cu ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da sənəddə prioritet istiqamət kimi qeyd edilib.

Bununla yanaşı, innovasiya potensialının səmərəli istifadəsi və inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılacaq. Elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA