01-11-2018 [16:29]
Həmin kitaba ön söz yazan tanınmış şair və tərcüməçi Oleq Dmitriyev xüsusi olaraq qeyd edir ki, "Poeziya festivallarının, gənc yazıçıların ədəbi müşavirələrinin səsli-küylü, qaynayıb-coşan iştirakçıları arasında Vaqif İbrahimin nurlu, gülərüz simasını görmək həmişə xoş olur. Vaqifin şeirlərində onun ürəyi oxuculara bütün genişliyi ilə açılır. Poeziyada o, oxucunu öz ədəbi dünyasına çağırmır, onun qarşısında qəlbini evinin qapısını döyən bir yolçuya açdığı kimi qonaqpərvərliklə açır".
Vaqif İbrahimin ilk kitabı İttifaq miqyasında elə böyük maraqla qarşılanır ki, çox keçmədən Moskvada onun daha bir şeirlər kitabı - 70-ə qədər yeni şeirinin daxil edildiyi "Qapını döyəcəyəm" ("Постучусь в твою дверь") adlı kitabı oxuculara təqdim edilir.
Ötən əsrin 80-ci illərində öz orijinal poeziyası, süjetli şeirləri, lirik poemaları ilə sevilən Vaqif İbrahimin poeziya nümunələri çex, polyak, bolqar və s. dillərə də tərcümə edilərək, müəllifin şöhrətini daha da artırır. Azərbaycanın gənc və perspektivli şairi kimi poeziya aləmində böyük nüfuz qazanmasının nəticəsi idi ki, həmin dövrdə Vaqif İbrahim SSRİ-nin və Bolqarıstanın birgə ədəbi almanaxı olan "Drujba"jurnalının respublikamız üzrə məsul nümayəndəsi və Sovet İttifaqından olan 5 nəfərdən biri kimi redaksiya heyətinin üzvü seçilmişdi. O, Azərbaycan şair və yazıçılarının yeni yaradıcılıq nümunələrinin həmin nüfuzlu jurnalda dərc edilməsi, ölkəmizin ədəbi uğurlarının sovet və bolqar oxucularının diqqətinə çatdırılması üçün çox böyük səylə, gərginliklə çalışırdı.
...Vaqif İbrahim 1945-ci ildə Şəki şəhərində dünyaya gəlmişdi. Sonralar ailəsi Sumqayıta köçmüş və o, bu şəhərdə təhsil almış, Kimya-texnologiya texnikumunu, sonralar isə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu uğurla bitirmişdi (texnikum yoldaşları şair Nurəddin Mənsur və respublikanın Əməkdar məşqçisi Əhməd Rəcəbli xatırlayırlar ki, bir vaxtlar yaxın dost olduqları Vaqif İbrahim fakültənin ən yaxşı riyaziyyatçısı və "fiziki" idi).
Hələ uşaqlıqdan Azərbaycan poeziyasının, dahi şairimiz Nizami Gəncəvi, Səməd Vurğun, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə yaradıcılığının vurğunu olan Vaqif İbrahim ilk şeirlərini hələ 14-15 yaşından yazmağa başlamışdı. İlk vaxtlar şəhər qəzetində, sonralar "Azərbaycan gəncləri", "Ulduz" və "Azərbaycan" jurnallarında şeirləri dərc olunmağa başlayan gənc şair tezliklə həm oxucuların, həm də görkəmli Azərbaycan şairləri Rəsul Rzanın, Bəxtiyar Vahabzadə və Əli Kərimin diqqətini cəlb etmişdi.
İlk vaxtlar Sumqayıt Radio Verilişləri redaksiyasında məsul katib kimi əmək fəaliyyətinə başlayan Vaqif İbrahim radio vasitəsilə Azərbaycan ədəbiyyatının klassiklərini və Sumqayıtın gənc ədəbi qüvvələrinin təbliğinə geniş yer verirdi.
Poeziyada daim yeni söz, yeni fikir deməyə çalışan Vaqif İbrahim həyatda da yenilikçi, novator olmağa çalışırdı. O, özünün ustadı və böyük dostu hesab etdiyi görkəmli şair Əli Kərimin 1969-cu ildə, vaxtsız - 38 yaşında ölümündən təsirlənərək, onun adını yaşatmaq və yaradıcılığını təbliğ etmək, şəhərin istedadlı gənc ədəbi qüvvələrini bir araya gətirmək, onların istedadlarının qayğısına qalmaq məqsədilə Sumqayıtda respublikada ilk dəfə olaraq Poeziya Klubunu yaratmışdı. Ancaq təəssüf ki, xoş məramla yaradılmış həmin Kluba və onun özünə qarşı qısqanclıqla yanaşan bəzi bədxahlar hər vəchlə onun işinə mane olmağa çalışırdılar (Əli Kərim adına həmin Poeziya Klubunun ilk üzvlərindən biri kimi yadımdadır ki, hətta Sumqayıtda yaşayan şairlərdən ibarət kiçik bir dəstə bir gün Kluba... üstlərində gizlətdikləri, lakin bizə haqqında məlumat çatdırılan soyuq və odlu silahla gələrək, Vaqif İbrahimə təzyiq göstərməyə, Poeziya klubunun fəaliyyətinin dayandırılmasına çalışmışdılar, lakin Vaqif müəllimin təmkinli, müdrik davranışı onları "tərksilah" etmişdi).
Lakin fəaliyyətinə bədxahların maneçilik törətmək cəhdlərinə və təzyiqlərinə baxmayaraq, respublikanın tanınmış şair və yazıçıları ilə Sumqayıtda keçirilən çoxsaylı tədbirlərlə (Sumqayıt Poeziya klubunun sorağı o vaxtlar nəinki Moskva və Leninqrada, hətta uzaq Hovosibirskə də çatmışdı. Oranın yazıçı və şairləri ilə sıx ədəbi əlaqələr qurulmuşdu, Sumqayıtın gənc ədəbi qüvvələri Novosibirskdə, sibirlilər isə bizim gənclik şəhərində dəfələrlə olmuşdular), çoxşaxəli fəaliyyəti ilə şəhər rəhbərliyinin, onun mədəniyyət şöbəsinin nüfuzunu qazanan, onların dəstəyinə arxalanan Vaqif İbrahim sonralar "Ulduz" və "Göyərçin" jurnallarında məsul vəifələrə irəli çəkildi. Özünün təşəbbüsü və təşkilatçılıq istedadı ilə yaratdığı Gənc yazıçıların Respublika Ədəbi Birliyində sədr kimi geniş fəaliyyəti, gənc ədəbi qüvvələrin yaradıcılığının radio və televiziyada təbliği, onların əsərlərinin qəzet və jurnallarda mütəmadi çapına nail olmaqla, Ədəbi Birlikdə görkəmi şair və yazıçıların "ustad dərslərini" təşkil etməklə, respublikanın müxtəlif rayonlarında gənc şair və yazıçılarla oxucuların görüşlərini keçirməklə və özünün nümunə olan poeziyası ilə Vaqif İbrahim daha da böyük hörmət və nüfuz sahibi olmuşdu. Lakin heyf ki, daim yaratmaq eşqilə çırpınan o coşqun, çılğın qəlbin istedadlı sahibinin ömrü gözlənilmədən, kor, bədbəxt bir təsadüf nəticəsində Bakı-Sumqayıt yolunda... yarı yolda qırıldı.
Ancaq, böyük Azərbaycan şairi Səməd Vurğun demişkən:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha artıq bilənlər!
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər!
Təsadüfi deyil ki, unudulmaz şairin xatirəsi onu tanıyanlar və oxucuları tərəfindən daim yad edilir. Faciəli ölümündən 35 il keçdiyi bugünlərdə Vaqif İbrahimin qələm dostları, doğmaları və oxucuları bir vaxt onun Sumqayıtda yaşadığı binanın yaxınlığında Nizami Gəncəvinin əzəmətlə ucalan heykəli önünə toplaşaraq, dahi şairin və onun istedadlı xələfi Vaqif İbrahimin xatirəsini ehtiramla yad etmişlər. Poeziya korifeyimizin heykəli önünə gül-çiçək düzülmüş, onun qüdrətli poeziyasından söhbət açılmışdır. Və orada belə bir təklif səsləndirilmişdir ki, gələn ildən etibarən Sumqayıtda hər il bu şəhərin ilk laureat şairinə, onun yaradıcılığına həsr edilənı Vaqif İbrahim Poeziya günləri keçirilsin.
Sonra tədbir iştirakçıları Vaqif İbrahimin ata-anası və qardaşı Arifin uyuduğu Saray qəbristanlığına getmiş, qəbri üstünə gül-çiçək dəstələri düzmüş, müqəddəs ruhuna dualar səsləndirmişlər. Sumqayıtın tanınmış şairləri Əşrəf Veysəlli, Ofelya Babayeva, Rafiq Yusifoğlu, Nurəddin Mənsur, Süleyman Hüseynov, İbrahim İlyaslı, Xatirə Fərəcli, Cənubi Azərbaycandan olan şair Yaqub Üsuli, yazıçı-publisist Zümrüd Baloğlanova, tələbə dostu Əhməd Rəcəbli, jurnalist Aygün Hacıyeva, oxuculardan Fərhad Məhərrəmov, Rafiq Mehdiyev və digərləri şair haqqında xatirələrini söyləmişlər.
Respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday ustadı hesab etdiyi Vaqif İbrahimin xatirəsinə özünün hələ çox gənc vaxtında – 23 yaşında böyük sevgi ilə həsr etdiyi "Dünya saxlamalıydı onu” şeirini oxumuşdur:
Dünya saxlamalıydı onu
ata əvəzi,
saxlaya bilmədi.
Yamanca qarışıb
başı dünyanın.
Dünya ağlamalıydı onu
ana əvəzi,
ağlaya bilmədi.
Heyrətdən qurumuşdu
gözlərinin
yaşı dünyanın...
Xatirə tədbirində Vaqif İbrahimin sevimli övladları - qızı Aytən, oğlu Rəşad, babasının adıını fəxrlə daşıyan balaca Vaqif, uşaqlarının qayğıkeş, istəkli xalası Sədaqət xanım iştirak etmişlər. Oğlu Rəşad atasının xatirəsini ehtiramla yad etdiklərinə görə onun qələm dostlarına, sədaqətli oxucularına ailələri adından minnətdarığını bildirmişdir.
Rəhman ORXAN.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"