"Futbol elə bir peşədir ki, sınmamalı, həvəsdən düşməməliyik" - Qurban Qurbanov
İDMAN
25.10.2018, 23:50
"Biz də sizin kimi üzülürük. Qalib gəlməyi çox istəyirdik. Lakin bizim üçün o qədər də asan olmadı. Xeyli qol epizodumuz oldu. Ancaq rəqibin qapımıza gedən bir zərbəsi qol oldu. Futbolçularımız belə oyunlarda meydanda düşünməli və hücumları düzgün qurmalıdırlar. Oyunun gedişində bəzi düşündüyümüz hücumlar alındı. Sadəcə, qol epizodlarından yararlana bilmədik. Rəqib isə bir zərbədən yararlandı. Lakin futbolçularımızın üzərinə gediləsi deyil. Çox sıx qrafiklə gedirik. Bu oyunu unutmalı və qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Ukrayna "Vorskla"sına 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Razısınızmı ki, "qara zolağ"a düşmüsünüz?
- "Qara zolağ"a düşüb-düşmədiyimiz barədə fərqli fikirlər söyləmək olar. Futbolçularda yorğunluq var. Amma oyunçularımızda ustalıq səviyyəsi çatmır. Dünən "Atletiko"nun 0:4 uduzduğu oyunda hesab oyuna görə deyildi. Daha da istəkli olmalıyıq və hər bir oyunçu öz üzərində çox çalışmalıdır. Hətta böyük klublar yaxşı oynasalar da nəticələri olmur. Böyük klublar "qara zolaq" deyilən hallara hazır olurlar. Biz də hazır olmalıyıq.
- Buraxılan qolda qapıçının, yoxsa müdafiənin səhvi çox idi?
- Belə görünürdü ki, qapıçının. Çünki 30 metrədək məsafə var idi. Belə topları qapıçı tutmalıdır. Belə oyunlarda nə qədər diqqətli olsan da, rəqib bir neçə qol epizodu yarada bilir. Bu zaman qapıçı müdafiəçilərdən daha çox diqqətli olmalıdır.
- Razısınızmı ki, "Qarabağ" son illərin ən zəif mövsümünü keçirir?
- Futbolçularımı nə qədər müdafiə etsəm də, nəticəyə görə xoş sözlər deyə bilmərəm. Xüsusən, milli komandanın futbolçuları çox yorulurlar. Bir turnirdən digərinə keçmək asan deyil. Qara Qarayev və Maksim Medvedev hazırda ən çox oyun keçirən futbolçulardır. Bu, onların fiziki və psixoloji baxımdan formada olduqlarını göstərir. Daha çox müdafiədə oynayanların səhvləri nəzərə çarpır. Amma hər bir komandada belə hallar olur. Özümüz də çox işləyirik. Məşqimiz olmadığı halda belə, nəzəriyyələrimiz olur. Bu gün uduza bilərik, amma futbol elə bir peşədir ki, sınmamalı, həvəsdən düşməməliyik. Yenə futbolçularımızın yanındayıq. Onlarla birgə bu yerlərə çatmışıq. Yeni transferlərin oyunu bəzən alınır, bəzən yox. Yaratmaq daha çətindir, nəinki müdafiədə oynamaq. Daha yaxşı kollektiv görməyə çalışmalıyıq.
- Məlum hadisə səbəbindən Hannes Halldorssonu qışadək "Qarabağ"ın qapısında görə bilərik?
- Qapıçı ən ağır mövqedir. Onu dəyişmək əlavə itki deməkdir. Bu günədək hər bir qapıçıya şans vermişik. Sabah Şahrudin Məhəmmədəliyevi də görə bilərsiniz. Amma bu gün belə qərar vermişdik.
- Qoldan sonra İnnosent Emeqaranın yerinə Mahir Mədətov daxil oldu. Bugünkü əvəzetmələr sizi razı saldı?
- Hücumlarımız Donald Gerrye və Emeqara üzərində qurulurdu. Rəqibin oyun üslubuna görə belə taktika seçmişdik. Onlar bu sınaqdan pis çıxmadılar. Necə qollarımızı qaçırdığımız hamımıza yaxşı mənada təsir edir. 3-5 metrdən qollar vura bilmədik. Hər bir futbolçumuza güvənirik. Hər biri özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar.
Report
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Subsidiya qaydalarına dəyişiklik - Prezident fərman imzaladı
Bugün, 17:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir fərman imzaladı
Bugün, 17:33 İQTİSADİYYAT
-
Aqrar Kredit və İnkişaf Agentliyinə əlavə səlahiyyət verildi - Fərman
Bugün, 17:26 GÜNDƏM
-
Prezident İlham Əliyev Xalq artistini təltf etdi - Sərəncam
Bugün, 17:24 MƏDƏNİYYƏT
-
İrandakı bütün uçuşlar təxirə salınıb - Növbəti xəbərdarlığa qədər…
Bugün, 17:21 DÜNYA
-
Ərdoğan Erməni kilsəsinin Patriarxıni qəbul edib
Bugün, 17:04 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Pezeşkian: “İran bu sınaqdan başını dik tutaraq çıxacaq"
Bugün, 16:56 GÜNDƏM
-
Novxanıda gizli narkobunker aşkarlanıb
Bugün, 16:45 KRİMİNAL
-
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bugün, 16:43 İQTİSADİYYAT
-
Ceyhun Bayramov: "Üç ölkənin koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır"
Bugün, 16:38 SİYASƏT
-
Bu tarixlərdə dağlıq və dağətəyi rayonlarda sel gözlənilir
Bugün, 16:23 GÜNDƏM
-
Qan ver, həyat xilas et!
Bugün, 16:14 İQTİSADİYYAT
-
Aşura nə vaxt olacaq? - Açıqlandı
Bugün, 16:03 CƏMİYYƏT
-
1,3,5 qəpikləri dəyişəndə faiz tutulur? - İddia ilə bağlı rəsmi açıqlama yayıldı
Bugün, 15:57 İQTİSADİYYAT
-
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Bugün, 15:48 MƏDƏNİYYƏT
-
İran İsrailə hücumu dayandırdı – AÇIQLAMA
Bugün, 15:24 GÜNDƏM
-
İran hədələdi: “İsrailin hücumları davam edərsə…”
Bugün, 15:12 DÜNYA
-
“Qalatasaray”ın futbolçusu Fransada kluba şərik olur
Bugün, 15:02 İDMAN
-
Lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır
Bugün, 14:50 GÜNDƏM
-
İyunun 13–15 tarixlərində ardıcıl 3 gün iş olmayacaq
Bugün, 14:42 CƏMİYYƏT
-
NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - O, kimdir?
Bugün, 14:39 GÜNDƏM
-
SOCAR-ın yaşıl istiqrazı - Faiz ödənişi olundu
Bugün, 14:31 İQTİSADİYYAT
-
Deputat mətni üzündən oxuya bilmir – “Kim nə istəyir, onu da yazsın, özləri bilər”
Bugün, 14:27 SİYASƏT
-
Venesuelanın yeni lideri Ankaraya gəlir
Bugün, 14:17 DÜNYA
-
Tramp: “İsrail və İran dərhal atəşi dayandırmalıdır"
Bugün, 14:10 GÜNDƏM
-
Paşinyandan qələbə açıqlaması: "Xalq sülhə sahib çıxdı" - "Onlar Ermənistandan silinməlidir"
Bugün, 13:59 SİYASƏT
-
"Dostum yoxdur" - Aysun İsmayılova
Bugün, 13:54 ŞOU-BİZNES
-
Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli... - Prokuror onlara ağır cəza tələb edir
Bugün, 13:21 PRESS
-
"AzerGold"da müşavirlərin sayı 10-dan 9-a endi - Sədrin müşavirlərindən biri getdi
Bugün, 13:14 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:40 CƏMİYYƏT
-
Azərbaycanda məktəblərdə “TikTok”a çıxış bloklanıb
Bugün, 12:26 CƏMİYYƏT
-
Nərimanovda 46 yaşlı qadın 6 kq narkotiklə saxlanılıb
Bugün, 12:18 KRİMİNAL
-
İsrail İranı yenidən bombaladı: “Strateji müdafiə sistemlərinə ağır zərbələr endirdik”
Bugün, 12:09 GÜNDƏM