Milli Sağlamlıq Mərkəzi özəlləşdirilir? - Komitənin hazırlıq gördüyü deyilir

img

22-10-2018 [23:05]


Əmlak Məsələləri Dövlət Komitəsi "Milli Sağlamlıq Mərkəzi"ni (MSM) özəl idarəetməyə verməyi planlaşdırır.

2011-ci ildən tikilən Bakıdakı ən iri tibb müəssisəsi hələlik istismara verilməyib.

 MSM Bakıda Heydər Əliyev prospektində yerləşir və 4,2 hektar ərazini tutur. 

Mərkəz Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibbi Xidmətinə tabedir. MSM-in tikintisinə və texniki təchizatına dövlət investisiyasının həcmi barədə məlumat verilmir.

ƏMDK bildirir ki, MSM-in əsas binası artıq tikilib. 18 mərtəbəli xəstəxanada 542 xəstəxana çarpayısı, o cümlədən reanimasiya şöbəsində 71 yataq var. Mərkəzdə bir ildə 50 min xəstə, o cümlədən 15 minə qədər stasionar xəstə müalicə oluna biləcək. MSM-də poliklinika, diaqnostika xidməti, qan bankı, cərrahiyyə şöbəsi, təcili yardım və s var.

Əvvəllər ƏMDK Bakıda iki yeraltı avtomobil qarajını idarəetməyə vermək planını açıqlamışdı, amma hələlik onun həyata keçirilməsinə başlanmayıb. (Turan)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA