Artur Rəsizadənin müşavirinin kürəkəni belə güllələndi - VİDEO

img

18-10-2018 [16:36]


Xəbər verdiyimiz kimi, Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma olub.

Aş adamı İstanbulda lüks avtomobili ilə hərəkət edərkən naməlum şəxslər tərəfindən güllə atəşinə tutulub. Atəş nəticəsində 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən A.Ç və M.A.M saxlanılıb. Onlar 1 tapança və 2 ov tüfəngi ilə saat 04.00 sıralarında tutulub.

Hadisənin törədilməsi anı kameralara əks olunub.

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin keçmiş müşaviriMusa MəmmədovunqızıGünel Məmmədovailə Çırağan Sarayında evlənib. Azərbaycan Respublikası Prezidentinin Müvəkkili Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. O, həmçinin kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. (Unikal.org)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA