Azərbaycanlı kriminal güllələnərək öldürüldü - Lənkəranskinin adamıdır

img

17-10-2018 [14:23]


Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.

Mia.az xəbər verir ki, bu barədə Criminal.Az saytına mərhumun dostu Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb.

Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb.

K.Sumqayıt mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin klanının üzvü olub. "Qanuni oğru" Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb. Həbsxanada vəziyyət yaradıb.

Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil. Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA