17-10-2018 [13:48]
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda oktyabrın 2-də "yoxa çıxan” müxalif jurnalist Cama Xaşogi (yaxud Camal Kaşıkçı) qalmaqalı getdikcə böyüyür və dramatik xarakter alır.
Mia.az virtualaz.org xəbər verir ki, oktyabrın 15-də axşam konsulluq binasında Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qruplarının apardığı araşdırmanın ardınca Qərb KİV-lərinə Xaşoginin necə öldürüldüyü barədə yeni təfərrüatlar sızdırılıb.
"The Wall Street Journal” qəzeti adının açıqlanmasını istəməyən türk rəsmilərinə istinadən yazır ki, jurnalistə işgəncə verilməsini və öldürülməsini Səudiyyə Ərəbistanından həmin gün iki "Gulfstream” təyyarəsi ilə İstanbula gələn xüsusi cəlladlar və xüsusi xidmət əməkdaşları konsul Muhammed əl-Üteybinin gözləri qarşısında həyata keçirib.
Yenə də vurğulanır ki, Türkiyə tərəfi Xaşoginin konsulluq binasında necə işgəncəyə məruz qaldığına və öldürüldüyünə dəlalət edən səs yazısına malikdir."Səudiyyədən gələn cəlladlar qrupu Xaşogini konsul əl-Uteybinin gözləri önündə əvvəlcə döyüb, işgəncə verib, daha sonra dərman verərək yatırdıb və elektrikli mişarla doğrayıb”-qəzet adının açıqlanmasını istəməyən türk rəsmilərə istinadən yazır.
Qəzetə açıqlama verən qaynaqlar deyiblər ki, səudiyyəli jurnalist konsulluğun binasına daxil olandan sonra cəmi bir neçə dəqiqə sonra öldürülüb, əvvəl təxmin edildiyi kimi, Xaşogini dindirməyiblər.
Türkiyə tərəfi Xaşoginin necə öldürüldüyünü və cəsədinin mişarla doğrandığını əks etdirən səs yazılarını Səudiyyə Ərəbistanı tərəfinə, habelə ABŞ rəsmilərinə təqdim ediblər. Bu dəlillərə etiraz edən olmayıb. Lakin səs yazılarının necə əldə edildiyi dəqiq bilinmir.
Qəzet yazır ki,həmin səs yazısında cəlladlardan birinin konsul Muhammed əl-Üteybidən otağı tərk etməyi istədiyi eşidilir. Türkiyə mütəxəssisləri səs yazısını analiz edərək bu şəxsin Səudiyyə Ərəbistanından gələn patoloji anatomiya mütəxəssisi Salih əl-Tubaygi olduğunu müəyyən ediblər. Əl-Tubaygi jurnalistin cəsədini parçalayarkən ətrafdakılara yüksək səslə musiqi dinləməyi tapşırıb.
Bu arada Türkiyənin hakimiyyətyönlü "Yeni Şafak" qəzeti hətta həmin səs yazısından bəzi detallar dərc edib. Qəzetin yazdığına görə konsul əl-Üteybi Səudiyyə Ərəbistanından gələn cəllad qrupunun jurnalistə işgəncə verdiyi vaxt belə deyib:"Bu işi kənarda görün, mənim başıma bəla açacaqsınız".
Qrupdan biri isə konsula otaqdan çıxmağı əmr edir:"Səudiyyə Ərəbistanına geri qayıdanda yaşamaq istəyirsənsə səsini kəs, sus".
Türkiyə tərəfi jurnalistin öldürülməsində Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi, faktiki olaraq hakimiyyətə rəhbərlik edən Muhammed bin Salmandan şübhələnir. Çünki cinayətdə əli olanların vəliəhdlə yaxın əlaqələri var.Hadisəni araşdıran türkiyəli kriminalistlər və müstəntiqlər oktyabrı 2-də, jurnalistin sənəd almaq üçün konsulluğa getməsindən bir neçə saat əvvəl İstanbula gələn iki səudiyyəli qrup üzərində dayanıb.
Həmin qrupu gətirən və oktyabrın 2-də Ər-Riyada geri dönən "Gulfstream” təyyarələri"Sky Prime Aviation Services Ltd” adlı şirkətə məxsusdur.Səudiyyə vəliəhdi ötən il hakim ailənin üzvlərinə qarşı başlatdığı antikorrupsiya həbsləri zamanı bu şirkəti də müsadirə etmişdi."Türkiyəli rəsmilər deyirlər ki, təyyarələrlə gələnlər arasında Velid Abdullah Əl-Şəhri və Thaar Qalib əl-Hərbi adlı şəxslər də var. Onlardan birincisinin Səudiyyə Ərəbistanın hərbi hava qüvvələrində general olduğu bildirilir. Türkiyəli rəsmilər isə bu adamın pataloji anatomiya mütəxəssisi olduğunu deyir”-qəzet yazır.
Qətərin "Əl-Cəzirə” kanalı da Xaşoginin konsulluqda necə öldürülməsi barədə bəzi detallar açıqlayır.Bildirilir ki, jurnalistin cəsədinin parçalara ayrılması 7 dəqiqə vaxt aparıb və bu işi pataloji anatomiya mütəxəssisi Salah Mohammed əl-Tubaygi həyata keçirib.
Müxalif səudiyyəli jurnalistin öldürülməsi əməliyyatında iştirak edənlərdən daha birinin kimliyi "The Wall Street Journal” qəzetinin başqa xəbərində açıqlanır. Bu, Mahir Abdüləziz Mutrebdir və vəliəhd şahzadə Muhammed bin Salmanla çox yaxındır.Qəzet arxiv görüntülərinə əsasən onun vəliəhdi Paris, Madrid, Hyuston, Boston və Nyu-York səfərlərində müşaiyət etdiyini bildirir. Mutreb vəliəhd şahazadə ilə təyyarədən yanaşı düşür və bütün təmaslarında onun yanında görünür.
Qrupun daha bir üzvü-Əbdüləziz Muhammed əl-Havsavi də vəliəhdin adamıdır. O da tez-tez Muhammed bin-Salmanla səyahət edib və bunu təsdiqləyən fotolar var. Habelə cəllad qrupunda yer alan Tahir Gali əl-Harbi də vəliəhdin sarayında xidmət edir və xidmətdə fərqləndiyinə görə medulla təltif olunub.
Türkiyə KİV-lərinin bildirdiyinə görə jurnalistin öldürülməsinə dair 11 dəqiqəlik səs yazısı mövcuddur.Jurnalistlər bu haqda daxili işlər naziri Süleyman Soyludan soruşublar. Nazir məlumatı nə təsdiq, nə təkzib edib.
Soylu deyib ki, konsulluq binası ilə yanaşı konsulun iqamətgahında da axtarış aparılmalıdır. Onun bildirdiyinə görə səudiyyəlilər binada axtarış aparılmasına razılaşıb, amma vaxt məsələsində hələlik anlaşma yoxdur.
Konsulluğun özündə aparılan axtarışda isə cinayətə dair dəlil hesab edilə biləcək predmetlər, o cümlədən kanalizasiyadan nümunələr və zibil yeşiklərinə atılan tullantılar götürülüb.
Bu arada konsul Muhammed əl-Üteybi sakitcə Türkiyəni tərk edib və Ər-Riyada geri dönüb.Türkiyə XİN bildirib ki, diplomat öz istəyi ilə gedib və ondan ölkəni tərk etmək tələb olunmayıb.
Bildirilir ki, Xaşoginin məsələsi bu gün ABŞ dövlət katibi Maykl Pompeonun Ankarada Türkiyə rəhbərliyi ilə apardığı danışıqlarda da müzakirə olunub.
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"