Saxta sənədlərlə Azər­­­­­­bay­can sərhədindən keçmək istəyənlər tutuldu - Adlar

img

17-10-2018 [12:01]


Dövlət Sərhəd Xidməti (DSX) son günlərdə 7 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək cəhdinin qarşısını alıb.

Mia.az DSX-nə istinadən bildirir ki, oktyabrın 7-də Heydər Əliyev Beynə lxalq Aeroportunda Şarja-Bakı reysi ilə uçub gələn Banqladeş vətəndaşı 1998-ci il təvəl­lüdlü Ahmed Mohammad Masumun və 1999-cu il təvəllüdlü Moksu Mo­hammad Muminoor Rohmanın sərhəd naryadına təqdim etdikləri Hin­­distan pasportlarının qismən saxta­laşdı­rıl­ma­sı şübhə yaranıb və la­bo­­ratoriya şəraitində dərinləşdirilən yoxlama zamanı təsdiqini tap­ıb.

Oktyabrın 8-də isə "Şıxlı” dövlət sərhədindən buraxılış məntə­qəsində Azərbaycan Respublikasından Gürcüstana gedən Pakistan və­təndaşları 1985-ci il təvəllüdlü Ashraf Muhammadın və 2003-cü il təvəllüdlü Ahmed Bilalın sərhəd nar­ya­dı­­na təqdim etdikləri pasport­lara vurulan Yunanıstan vizası, həmçinin Ashraf Muhammadın pasportunda Dani­mar­ka­­ya məxsus şengen vizası saxta olduğu üçün saxlanılıblar.

DSX-dən bildirilib ki, oktyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il tə­vəllüdlü Gurpreet Singhnın sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş Kanadaya məxsus vizanın saxta olması aşkar olunub.

Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı-London reysi ilə tranzit uçmaq istəyən İran vətəndaşı 1990-cı il təvəllüdlü Abedi İmanın sərhəd naryadına təqdim etdiyi İtaliya pasportu, İtaliyanın İD kartı və sürücülük vəsiqəsi saxta olduğu üçün saxlanılıb.

Oktyabrın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə gələn İtaliya vətəndaşı 1961-ci il təvəllüdlü Mshainesh Ahmadın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması müəyyənləşdirilib, üzərinə baxış keçirilən zaman ona məx­sus Suriyaya aid vətəndaşlığı olmayan şəxsin pasportu aşkar olun­ub.

Saxlanılmış şəxslər barəsində müvafiq təd­bir­lər görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA