Arda Turanın həbsi ilə bağlı prokurorluğa müraciət

img

15-10-2018 [16:54]


Arda Turan tərəfindən burnu sındırılan müğənni Berkay Şahin futbolçunun həbs olunmasını istəyir. 

Bu barədə sənətçinin vəkili Ayşegül Mermer məlumat yayıb.

O, Türkiyə KİV-lərinə açıqlamasında qarşı tərəfin həbs olunması barədə İstanbul Baş Prokurorluğuna müraciət etdiklərini bildirib:

"Arda Turanın həbs olunması barədə müraciət etmişik. O, silahla təhdid, ümumi təhlükəsizliyi pozma, insan yaralama, zor tətbiq etmə kimi məsələrdə ittiham olunur. Bundan əlavə, A. Turan sənədsiz silah gəzdirir. İddianamənin hazırlanmasını gözləyirik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA