Gəncədə 5 maşın toqquşdu - Xəsarət alanlar var

img

10-10-2018 [11:42]


 Gəncə şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sadiq Rəhimov küçəsində qeydə alınıb. 

Belə ki, "VAZ-21015", "Mercedes",  "VAZ-2104" və iki "VAZ-2107" markalı avtomobillərin iştirakı ilə baş verən zəncirvari avtomobil qəzasında, 1974-cü il təvəllüdlü Atəş Firdus oğlu Quliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı daha iki nəfərin xəsarət aldığı və onlara hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardımın göstərildiyi bildirilir. 

İlkin məlumatlara görə, qəzaya ərazidə hərəkətdə olan marşurut avtobusunun yol qaydalarını pozması səbəb olub.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA