Hacıqabulda yol qəzası baş verib, xəsarət alanlar var

img

08-10-2018 [20:53]


Hacıqabul rayonunda yol qəzası baş verib.

Hacıqabul şəhərində rayon sakini, 1998-ci il təvəllüdlü Fərid Mehman oğlu Qafarovun idarə etdiyi "VAZ 21015" markalı avtomobil sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Rahil Qardaşxan oğlu İsmayılov xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. R.İsmayılovun vəziyyəti ağır olduğundan xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA