Göygöldə fəhlələri daşıyan maşın aşdı - 2 nəfər ölüb, 2-si yaralanıb

img

06-10-2018 [11:25]


 Göygöldə fəhlələri daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində, Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb. 

Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb. 

Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfov yaralanıblar. Qəzaya uğrayan yük maşının sürücüsü isə xəsarət almayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA