Azərbaycanda spirtli içkilər bahalaşdı

img

02-10-2018 [15:48]


Ticarət şəbəkəsində yerli istehsal arağın qiyməti 5-20% artıb, lakin bəzi istehsalçıların məhsullarının qiymətində artım 40 faizə çatır.

Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, eyni zamanda konyak, likyor və şərablar da bahalaşıb. Lakin sonuncu qeyd olunanlarda qiymət artımı elə də əhəmiyyətli deyil. Alkoqollu içkilərin qiymətlərinin yüksəlməsi aksizlərin bahalaşması ilə bağlıdır. Mənbə belə bildirib.

Qeyd edək ki, pivənin qiyməti dəyişməyib.

Xatırladırıq ki, iki gün öncə Azərbaycanda siqaretlər bahalaşıb. Artım orta hesabla 10-20% təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA