“SOCAR Trading” STAR-a həm yüngül, həm də ağır növ neft göndərəcək" - Rəsmi açıqlama + VİDEO

img

27-09-2018 [23:30]


 "SOCAR Trading” şirkəti Türkiyənin İzmir şəhəri yaxınlığındakı STAR Neft Emalı Zavoduna (NEZ) həm yüngül, həm də ağır növ neft göndərəcək.

Bunu IX Azərbaycan-Rusiya Regionlararası Forumunun kuluarlarında jurnalistlərə şirkətin icraçı sədri Ədnan Əhmədzadə bildirib.

"Bu, "Urals", "Siberian Light", başqa yüngül və ağır tərkibli neft növləri ola bilər. İki ölkənin prezidentləri - İlham Əliyev və Vladimir Putinin haqqında danışdıqları "SOCAR Trading”lə "Rosneft” arasındakı sazişə gəlincə, bu sənədin Rusiyaya məxsus 1 mln. ton "Urals" neftinin STAR-a mütləq şəkildə göndərilməsini nəzərdə tutduğunu təsdiqləyə bilərəm”, - Ə.Əhmədzadə qeyd edib.

"SOCAR Trading”in icraçı sədri deyib ki, saziş bazar şərtləri ilə imzalanıb və neft qarşılıqlı əməkdaşlıq çərçivəsində göndəriləcək.

Xatırladaq ki, sentyabrın 1-də "SOCAR Trading” və "Rosneft” bu ilin dekabr ayından Rusiyadan 1 mln. ton "Urals" markalı xam neftin STAR-a tədarükə başlanması barədə saziş imzalamışdı/Report.
 
 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA