Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək - Açıqlama

img

26-09-2018 [13:46]


 "Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul katerləri istehsal etməyi nəzərdə tutur".

Bunu "Report”a Fransanın "Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib.

O deyib ki, hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır: "OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək”.

OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA