26-09-2018 [10:57]
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında deyib ki, Almaniya tutduğu kursu dərhal dəyişməzsə, Şimal Axını kəmərinin tikintisi ilə enerji məsələsində tamamilə Rusiyadan asılı olacaq.
Tramp onu da deyib ki, İran liderləri xaos, ölüm və dağıntı toxumu səpirlər və noyabrın 5-dən sonra Tehranın üzərinə daha çox sanksiyalar bərpa olunacaq. ABŞ prezidenti bütün ölkələri İran hökuməti Yaxın Şərqdə və ondan kənarda təcavüzkar hərəkətlərini davam etdirdkcə Tehranı təcrid etməyə çağırıb.
Tramp Sentyabrın 25-də Nyu Yorkda keçirilən BMT Baş Assambleyasında deyib:
"İran liderləri xaos, ölüm və dağıntı toxumu səpirlər. Onlar qonşularına, onların sərhədlərinə suveren hüquqlarına hörmət etmirlər. İran liderləri özlərini varlandırmaq üçün ölkənin ehtiyatlarını talan edirlər, Yaxın Şərqdə və ondan çox uzaqlarda qarışıqlıq yaradırlar”.
"Biz yol verə bilmərik ki, "Amerikaya ölüm” şüarı qışqıran və İsraili məhv edilməklə hədələyən ölkə nüvə başlığını dünyanın bütün nöqtələrinə daşıya bilən vasitəyə sahiblənsin. Biz buna sadəcə olaraq yol verə bilmərik. Biz bütün ölkələri İran öz təcavüzünü davam etdirdikcə onu təcrid etməyə, İran xalqının öz dini və layiqli taleyinə sahib olmaq mübarizəsini dəstəkləməyə çağırırıq”.
Tramp Polşanın özünü Rusiyanın enerji asılılığından müstəqil etməyə çalışmasını təqdir edib və bildirib ki, Baltik dənizinin dibi ilə çəkiləcək Şimal Axını 2 kəməri Almaniyanı bütünlüklə Rusiyanın enerji asılığına salacaq.
OPEC və Beynəlxalq Məhkəmə tənqid olunur
Tramp bunu da deyib ki, Beynəlxalq Cinayətlər Məhkəməsinin heç bir legitimliyi yoxdur və o ədalətin bütün prinsiplərini pozur.
Onun sözlərinə görə Beynəlxalq Məhkəmə az qala bəşəri yurisdiksiya iddiasındadır və Amerika öz suverenliyini heç vaxt seçkisiz, hesabatlıqsız qlobal bürokratiyaya tabe etdirməyəcək.
Suriya müharibəsinə gəlincə, Trump bildirib ki, Bəşər Əsəd rejimi kimyəvi silahlara əl atarsa, Birləşmiş Ştatlar bu hərəkətə cavab verəcək. O qeyd edib ki, dünyanın Suriyadakı ortaq məqsədi münaqişə gərginliyinin azaldılması və bununla yanaşı "Suriya xalqının istəyinə uyğun” siyasi həllin tapılmasıdır.
Tramp çıxışında habelə neft ixrac edən ölkələrin OPEC təşkilatını tənqid edib. O OPEC ölkələrini neft qiymətlərini qaldırmaqla dünyanı soymaqda ittiham edib.
Tramp "Skripal məsələsinə" toxunmur
Tramp əlavə edib ki, Birləşmiş Ştatlardan hərbi dəstək alan ölkələr öz müdafiə xərcləri paylarını ödəməyə başlamalıdırlar. Tramp bunu da bildirib ki, dövlət katibi Mayk Pompeo ABŞ-ın xarici yardımlarını yenidən dəyərləndirmək təşəbbüsü ilə məşğuldur.
"Biz xarici yardımı yalnız bizə hörmət edənlərə, açıq desəm, yalnız dostlarımıza göstərəcəyik”.
Bu çıxışdan əvvəl ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Trampın keçmiş Rusiya casususunun Noviçok kimyəvi agenti ilə zəhərlənməsindən danışacağını desə də, prezident bu məsələyə toxunmayıb.
O əvəzində Şimali Koreya lideri Kim Çen Inı onun ümidverci səylərinə görə tərifləyib.
Bununla belə o əlavə edib ki, Koreya yarımadasının tam nüvəsizləşdirilməsi üçün çox iş görülməlidir və bu proses başa çatanadək Pxenyan üzərindəki sanksiyalar qüvvədə qalacaq.

Ərdoğan və Makron İranı müdafiə edirlər
Tramp BMT Baş Assambleyasındakı çıxışını başa vurandan az sonra NATO üzvü olan iki ölkə - Türkiyə və Fransa ABŞ prezidentinin İran hökumətini təcrid etmək çağırışını qəti şəkildə tənqid ediblər.
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib: "Bizim heç birimiz ticarət sazişlərinin təkbaşına ləğvi, proteksionizimin yayılması, iqtisadi sanksiyalardan silah kimi istifadə edilməsi qarşısında susa bilmərik”.
Fransa prezidenri Emmanuel Makron Baş Assambleyada etdiyi çıxışda Trampın daha sərt sanksiyalar barədə qeydlərinə ehyamla deyib ki, İranla dialoq və çoxtərəfli münasibətlərə ehtiyac var.
Makron deyib ki, İranla bağlı situasiyanın həllinə nə güclünün qanunu, nə də kənardan təzyiq kömək etməyib:
"Biz bilirik ki, İran hərbi nüvə çığırında idi. Bəs onu nə dayandırdı? 2015-ci ilin nüvə sazişi! Bu gün biz regional gərginlikləri artırmalı deyilik və əslində İranla bağlı nüvə, ballistik, regional natahatlıqları dialoq və çoxtərəflilik prinsipləri əsasında daha geniş gündəlikdə cavablandırmalıyıq”.
Bundan əvvəl çıxış etmiş İran prezidenti Həsən Ruhani ABŞ-ın onun ölkəsinə qarşı sanksiyalarının sərtləşdirilməsini bir növ iqtisadi terror adlandırıb. O habelə ABŞ administrasiyasını İran hökumətini devirmək istəməkdə ittiham edib.

"Qütbləşmə yüksəlişdə, populizm yürüşdədir"
BMT Baş Assambleyasında Trampdan əvvəl çıxış edən baş katib Antonio Guterres demişdi ki, dünya etimad çatışmazlığından çox pis şəkildə iztirab çəkir.
"Ölkələrin daxilində insanlar siyasi hakimiyyətlərə inamlarını itirirlər. Qütbləşmə yüksəlişdə və populizm yürüşdədir. Ölkələr arasında əməkdaşlıq daha az müəyyəndir və daha çətindir və bizim Təhlükəsizlik Şuramızda parçalanma çox güclüdür”.
Guterres dünya ölkələrini təkbaşınalığa qarşı çıxmağa və beynəlxalq əməkdaşlığı canlandırmağa çağırıb. Baş katib habelə ziyanlı kiberfəza hərəkətlərini və süni zəkanın hərbiləşdirilməsini tənqid edib.
O deyib ki, demokratik prinsiplər hücum altındadır və qanunun aliliyi sarsıdılıb.
(Azadlıq radiosu)
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb