Saatlıda qayınanasını qətlə yetirib qaçan şəxs tutuldu - İmişlidə əməliyyat

img

25-09-2018 [22:03]


Saatlı rayonunda qətl törədərək hadisə yerindən qaçan şəxs tutulub.

Hadisə sentyabrın 21-i axşam saatlarında baş verib.

28 yaşlı rayon sakini Xəyal Həşimov ailə münaqişəsi zəminində 58 yaşlı qayınanası Alışova Hökumə Mirqədir qızını qətlə yetirib, 25 yaşlı həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını isə bıçaqla yaralayaraq hadisə yerindən qaçıb.

X.Həşimov Saatlı rayon Polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Kürmahmudlu kəndi ərazisində, anasının yaşadığı evə gedərkən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA